Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. "Expressbank" 2025-ci ilin I rübü üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın bu dövr ərzində əldə etdiyi göstəricilər onun maliyyə dayanıqlığını, müştəri etimadını və bazarda artan aktivliyini əks etdirir.
"Unikal" xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın faiz gəlirləri 25%-lik artımla 19 milyon manatı ötüb.
Bu nəticə, ilk növbədə, Bankın kredit məhsullarına olan yüksək tələbin və genişlənən müştəri bazasının göstəricisidir.
Xüsusilə biznes kreditləri və daşınmaz əmlak kreditləri üzrə müşahidə olunan artım bu tendensiyanı gücləndirib.
Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozit portfeli də artım göstərərək 218 milyon manatı ötüb.
Bu da əvvəlki dövrlə müqayisədə 16,3 milyon manat, yəni 8% artım deməkdir.
Bu artım Expressbankın müştəri etimadını qazanmaqda və qorumaqda nə qədər uğurlu olduğunun bariz göstəricisidir.