Icma.az
close
up
RU
Expressbank ın faiz gəlirləri 25% artıb

Expressbank ın faiz gəlirləri 25% artıb

Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Expressbank" 2025-ci ilin I rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Bankın bu dövr ərzində əldə etdiyi göstəricilər onun maliyyə dayanıqlığını, müştəri etimadını və bazarda artan aktivliyini əks etdirir.

"Unikal" xəbər verir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə Bankın faiz gəlirləri 25%-lik artımla 19 milyon manatı ötüb. Bu nəticə, ilk növbədə, Bankın kredit məhsullarına olan yüksək tələbin və genişlənən müştəri bazasının göstəricisidir. Xüsusilə biznes kreditləri və daşınmaz əmlak kreditləri üzrə müşahidə olunan artım bu tendensiyanı gücləndirib.

Ötən ilin sonu ilə müqayisədə fiziki şəxslərin depozit portfeli də artım göstərərək 218 milyon manatı ötüb. Bu da əvvəlki dövrlə müqayisədə 16,3 milyon manat, yəni 8% artım deməkdir. Bu artım Expressbankın müştəri etimadını qazanmaqda və qorumaqda nə qədər uğurlu olduğunun bariz göstəricisidir.

Bankın xalis faiz gəlirləri isə 13%-dən çox artaraq 13 milyon manatı keçib. Bu göstərici "Expressbank"ın gəlir strukturunun sağlam və effektiv idarə olunduğunu nümayiş etdirir.

Məqsədli ehtiyatlar və vergi xərcləri çıxıldıqdan sonra Bankın xalis mənfəəti 2,419,978 AZN təşkil edir.

"Expressbank" 2025-ci ilin ilk rübündə nümayiş etdirdiyi bu nəticələrlə bank sektorunda müsbət dinamika nümayiş etdirən aparıcı maliyyə qurumlarından biri kimi çıxış etməyə davam edir. Məlumat üçün bildirək ki, ​beynəlxalq reytinq agentliyi “Fitch Ratings” 2024-cü ilin oktyabr ayında Expressbankın uzunmüddətli emitent defolt reytinqini “B” səviyyəsindən “B+” səviyyəsinə yüksəldib və proqnozunu “sabit” olaraq müəyyən edib.​ Bankın audit hesabatını böyük dördlüyə daxil olan KMPG audit şirkəti aparır.

“Expressbank” ASC 16 filialı ilə fəaliyyət göstərir. Bankın məhsul və xidmətləri ilə www.expressbank.az saytından, 132 Məlumat Mərkəzindən və ya sosial şəbəkələrdəki rəsmi səhifələrindən tanış ola bilərsiniz.

Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

"Expressbank" – İşiniz rahat getsin!
 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://unikal.az
archiveBu xəbər 15 Aprel 2025 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri