Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son dövrlər dərman qiymətlərində müşahidə olunan artım cəmiyyət arasında ciddi narahatlıq yaradıb. Xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu bahalaşma müalicə prosesini daha da çətinləşdirir. Qiymət artımı həm yerli, həm də idxal olunan dərman preparatlarını əhatə edir.
Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, qiymətlərin süni şəkildə artırılması mövzusuna gəldikdə, bu, nə həkimlər, nə də pasiyentlər tərəfindən müsbət qarşılanır:
“Düzdür, daha çox istifadə etdiyimiz preparatlarda hələlik kəskin qiymət artımı müşahidə olunmur. Sadəcə olaraq, əvvəllər dərmanları aldığımız bəzi firmalar daha münasib qiymətlər təklif edirdi. Bu gün isə istehsalçı ölkələrin dəyişməsi, qeydiyyat və qəbul prosedurlarının fərqli olması səbəbindən qiymət artımı qaçılmazdır. Təsiredici maddə eyni qalsa belə, yaxud tamamilə yeni və daha güclü təsirə malik preparatlar istehsal olunsa belə, onların qiyməti daha yüksək olur. Bütün bunlar müalicə müddətinin uzanmasına təsir göstərə bilər. Buna baxmayaraq, biz həkimlər olaraq maksimum dərəcədə çalışırıq ki, həm pasiyentin maddi imkanlarına uyğun, həm də sağlamlığı üçün effektiv müalicə təyin edək. Dərman qiymətlərini artımı təbii ki, pasiyentlər üçün əlçatan deyil. Bu bir çox xəstənin dərman ala bilməməsinə gətirib çıxarır”.
Qeyd edək ki, dərmanların bahalaşması sıravi vətəndaş üçün sadəcə cib xərci deyil, həm də xəstəliyin xroniki hala keçməsi riskidir. Əgər büdcənizə uyğun dərman tapmaqda çətinlik çəkirsinizsə, mütləq həkiminizlə məsləhətləşərək eyni təsirli (generik) və daha münasib alternativlərin olub-olmadığını soruşmaq tövsiyyə edilir. Müalicəni yarıda kəsmək gələcəkdə daha baha başa gələn ağırlaşmalara yol aça bilər.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın. Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, qiymətlərin süni şəkildə artırılması mövzusuna gəldikdə, bu, nə həkimlər, nə də pasiyentlər tərəfindən müsbət qarşılanır: