Eyni tərkib, fərqli qiymət Müalicələrin yarımçıq qalma səbəbi açıqlandı
Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Son dövrlər dərman qiymətlərində müşahidə olunan artım cəmiyyət arasında ciddi narahatlıq yaradıb. Xüsusilə xroniki xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün bu bahalaşma müalicə prosesini daha da çətinləşdirir. Qiymət artımı həm yerli, həm də idxal olunan dərman preparatlarını əhatə edir.
Mövzu ilə bağlı danışan həkim, terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, qiymətlərin süni şəkildə artırılması mövzusuna gəldikdə, bu, nə həkimlər, nə də pasiyentlər tərəfindən müsbət qarşılanır:
“Düzdür, daha çox istifadə etdiyimiz preparatlarda hələlik kəskin qiymət artımı müşahidə olunmur. Sadəcə olaraq, əvvəllər dərmanları aldığımız bəzi firmalar daha münasib qiymətlər təklif edirdi. Bu gün isə istehsalçı ölkələrin dəyişməsi, qeydiyyat və qəbul prosedurlarının fərqli olması səbəbindən qiymət artımı qaçılmazdır. Təsiredici maddə eyni qalsa belə, yaxud tamamilə yeni və daha güclü təsirə malik preparatlar istehsal olunsa belə, onların qiyməti daha yüksək olur. Bütün bunlar müalicə müddətinin uzanmasına təsir göstərə bilər. Buna baxmayaraq, biz həkimlər olaraq maksimum dərəcədə çalışırıq ki, həm pasiyentin maddi imkanlarına uyğun, həm də sağlamlığı üçün effektiv müalicə təyin edək. Dərman qiymətlərini artımı təbii ki, pasiyentlər üçün əlçatan deyil. Bu bir çox xəstənin dərman ala bilməməsinə gətirib çıxarır”.
Qeyd edək ki, dərmanların bahalaşması sıravi vətəndaş üçün sadəcə cib xərci deyil, həm də xəstəliyin xroniki hala keçməsi riskidir. Əgər büdcənizə uyğun dərman tapmaqda çətinlik çəkirsinizsə, mütləq həkiminizlə məsləhətləşərək eyni təsirli (generik) və daha münasib alternativlərin olub-olmadığını soruşmaq tövsiyyə edilir. Müalicəni yarıda kəsmək gələcəkdə daha baha başa gələn ağırlaşmalara yol aça bilər.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Eyni məhsul, fərqli qiymət Bazarlarda bahalaşmanın səbəbi nədir?
18 Sentyabr 2025 10:12
Eyni məsafə, fərqli qiymət: Taksi bahalaşmasının səbəbi nədir?
19 Noyabr 2025 19:27
Eyni məhsul, fərqli qiymət KONKRET
18 Sentyabr 2025 10:38
Eyni ətir, fərqli qoxu: Səbəbi
11 Yanvar 2026 15:40
Eyni diş, fərqli qiymət: İmplantlarının qaranlq və aydın tərəfləri
21 May 2025 14:23
Baxış sayı:41
Bu xəbər 23 Yanvar 2026 17:25 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları