Fadil Paşayev “Əməkdar jurnalist” fəxri adına layiq görülməsindən danışdı: “Bu, yeni bir ö…
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır. İyulun 21-də həyatımda unudulmaz bir səhifə yazıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görüldüm.
Bu ad — təkcə bir titul, təkcə bir kağız üzərində yazılan rəsmi ifadə deyil.
Bu ad illərin gərgin zəhmətinin, susan səslərin sədasına çevrilmək cəhdlərinin, kimsəsizlərin səsini ictimaiyyətə çatdırmaq istəyinin, bəzən yorğun, bəzən qırıq, amma vicdanlı jurnalistikanın ifadə formasıdır.
KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında “Konkret.az” xəbər portalının baş redaktoru Fadil Paşayev bildirib.
F.Paşayev qeyd edib ki, jurnalistika onun üçün heç vaxt, sadəcə, bir peşə olmayıb: “O, mənim həyat tərzim, nəfəsim, baxış bucağım oldu.
Çünki söz məsuliyyətdir. Bu adı mənə verən prezidentimə təşəkkür edirəm.
Həm də mənimlə bu yolda birgə addımlayanlara — yazdıqlarımı oxuyan, dəstəkləyən, tənqid edən, düşündürən hər kəsə minnətdaram.
Tam oxu
Xəbəri oxu