Icma.az
close
up
RU
Fadil Paşayev “Əməkdar jurnalist” fəxri adına layiq görülməsindən danışdı: “Bu, yeni bir öhdəlikdir…” KONKRET

Fadil Paşayev “Əməkdar jurnalist” fəxri adına layiq görülməsindən danışdı: “Bu, yeni bir öhdəlikdir…” KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.

İyulun 21-də həyatımda unudulmaz bir səhifə yazıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə “Əməkdar jurnalist” fəxri adına layiq görüldüm. Bu ad — təkcə bir titul, təkcə bir kağız üzərində yazılan rəsmi ifadə deyil. Bu ad illərin gərgin zəhmətinin, susan səslərin sədasına çevrilmək cəhdlərinin, kimsəsizlərin səsini ictimaiyyətə çatdırmaq istəyinin, bəzən yorğun, bəzən qırıq, amma vicdanlı jurnalistikanın ifadə formasıdır.

KONKRET.az xəbər verir ki, bunu Pravda.az-a açıqlamasında “Konkret.az” xəbər portalının baş redaktoru Fadil Paşayev bildirib.

F.Paşayev qeyd edib ki, jurnalistika onun üçün heç vaxt, sadəcə, bir peşə olmayıb: “O, mənim həyat tərzim, nəfəsim, baxış bucağım oldu. Çünki söz məsuliyyətdir. Bu adı mənə verən prezidentimə təşəkkür edirəm. Həm də mənimlə bu yolda birgə addımlayanlara — yazdıqlarımı oxuyan, dəstəkləyən, tənqid edən, düşündürən hər kəsə minnətdaram. Bu fəxri ad həm də yeni bir öhdəlikdir. Daha çox oxumaq, daha çox yazmaq və daha çox danışmaq lazım gələcək. Bilirsiniz, bu fəxri ada layiq görülmək mənim üçün, sadəcə, bir mükafat deyil — bu, sözə və həqiqətə sədaqətin rəsmi təsdiqidir. Jurnalistika mənim üçün peşədən daha artıqdır. Bu, tərcümeyi-halımın özüdür. Hər zaman hesab etdim ki, jurnalist yalnız informasiyanı ötürən deyil, həm də zamana şahidlik edən, cəmiyyətin ağrısını yazıya çevirən, unudulanların adını tarixə salan şəxsiyyət olmalıdır. Bu mükafat həm də bir öhdəlik yaradır — Dövlətə və xalqıma bundan sonra da sədaqətli olmaq. Əslində bu fəxri ad, təkcə mənim yox, bu yolda birlikdə addımladığım yüzlərlə insanın, oxucuların, həmkarların, həqiqətə inananların payıdır. Milli mətbuatımızın 150 illik yubileyinin belə təntənəli keçirilməsinə görə aidiyyəti məsul şəxslərə də ayrıca minnətdaram. Çünki bütün bunlar mənə təkcə yol göstərmir, eləcə də yoluma işıq salır. İşıqlı yolda isə yola davam etmək can rahatlığıdır, könül xoşluğudur, enerjidir. O enerji ki, hələ yazılacaq həqiqətlərin ifadəsinə çevriləcək”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://konkret.az
archiveBu xəbər 22 İyul 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see413

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see278

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see227

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see205

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see180

Uzun müddətdir gözlədiyiniz bir xəbəri ala bilərsiniz Qoroskop

06 Dekabr 2025 04:35see166

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see161

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see161

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see160

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see146

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see140

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see140

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see140

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see136

Ritual əşyalarının olduğu sirli bir məzar aşkar edilib...

05 Dekabr 2025 21:47see132

İraqdan Hizbullah və husilərlə bağlı şok qərar: Maliyyə hesabları donduruldu

04 Dekabr 2025 19:19see132

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see131

Almaniya Bundesliqası: Turun ilk matçında qonaqlar sevindilər

06 Dekabr 2025 05:52see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see129

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri