Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Dəniz- özündə hüzuru, rahatlığı və təhlükəni, ölümü eyni anda ehtiva edən, insana qorxu ilə yanaşı, sonsuz sevgi bəxş edən möcüzə...
Mavi Xəzərin qoynunda yerləşən Bakının taleyidir həm də dəniz.
Elə bir tale ki, nə özünü ona sonsuz güvənlə etibar edə bilirsən, nə də qaçıb canını qurtara. Heç qaçmaq ağlının ucundan da keçmir.
Axı bu sənin şəhərinin qədəridir... Bir də taleyini dəniz, dənizçiliyə bağlayanlar var.
Onlar hər cür təhlükəni göz önünə alıb illərlə dənizin keşiyində duran, sulara könül verən qəhrəmanlardır.
Dəniz demişkən, Beynəlxalq Dəniz Təşkilatı (BDT) Assambleyasının 10-cu sessiyasının qərarına əsasən, 1978-ci ildən başlayaraq hər il sentyabrın 25-də Dünya Dənizçilik Günü qeyd olunur.
Həmin günün qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini dəniz nəqliyyatının təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin əhəmiyyətli aspektlərinə yönəltməkdir.