Icma.az
close
up
RU
Faiq Balabəyli: “Dəniz mənim həm iş yerimdir, həm də ilham mənbəyim...”

Faiq Balabəyli: “Dəniz mənim həm iş yerimdir, həm də ilham mənbəyim...”

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dəniz- özündə hüzuru, rahatlığı və təhlükəni, ölümü eyni anda ehtiva edən, insana qorxu ilə yanaşı, sonsuz sevgi bəxş edən möcüzə...

Mavi Xəzərin qoynunda yerləşən Bakının taleyidir həm də dəniz. Elə bir tale ki, nə özünü ona sonsuz güvənlə etibar edə bilirsən, nə də qaçıb canını qurtara. Heç qaçmaq ağlının ucundan da keçmir. Axı bu sənin şəhərinin qədəridir...

Bir də taleyini dəniz, dənizçiliyə bağlayanlar var. Onlar hər cür təhlükəni göz önünə alıb illərlə dənizin keşiyində duran, sulara könül verən qəhrəmanlardır.

Dəniz demişkən, Beynəlxalq Dəniz Təşkilatı (BDT) Assambleyasının 10-cu sessiyasının qərarına əsasən, 1978-ci ildən başlayaraq hər il sentyabrın 25-də Dünya Dənizçilik Günü qeyd olunur. Həmin günün qeyd olunmasında məqsəd ictimaiyyətin diqqətini dəniz nəqliyyatının təhlükəsizliyinin və ətraf mühitin mühafizəsinin əhəmiyyətli aspektlərinə yönəltməkdir.

Biz də bu günün şərəfinə üzümüzü təcrübəli dənizçi, şair-publisist Faiq Balabəyliyə tutduq. Onunla dalğaların qulağını cingildətdik azacıq:

- Faiq bəy, Beynəlxalq Dənizçilik Gününüzü təbrik edirik. Neçə ildir dənizdəsiniz?

- Təşəkkür edirəm. Bu gün münasibəti ilə təbrikinizi təkcə özümə yox, bütün dənizçi dostlarıma, həmkarlarıma ünvanlayıram. Onlara da dənizçilik fəaliyyətlərində uğurlar arzu edirəm.

Mənim dənizlə ünsiyyətim elə orta məktəbi bitirəndən sonra başlayıb.  Orta məktəbi bitirdikdən sonra Bakı Dəniz Yolları Məktəbində (indiki Azərbaycan Dövlət Dəniz Akademiyası- Ş.M) təhsil almışam. Tələbəlik illərimi də nəzərə alsaq, artıq 44 ilə yaxındır ki, dənizlə həmsöhbətəm.

- Dəniz sizin iş yeriniz, dənizçilik peşənizdir. Bəs şair Faiq Balabəyli üçün dəniz nədir?

- Bəli, dəniz mənim iş yerimdir. Eyni zamanda mən jurnalistika ilə də məşğul oluram, bu sahədə də təhsil almışam, baş redaktor işləmişəm, hazırda bir sayt rəhbəri, “Ədəbiyyat qəzeti”nin əməkdaşıyam. Amma yenə də mən hər zaman özümü dənizçi saymışam, bu gün də gəmi kapitanı olaraq əmək fəaliyyətim davam edir. Şair Faiq Balabəyli üçün dəniz darıxmağı öyrənmək, darıxmağa dözməkdir. Ailəmi dolandırdığım yerdir. Mən özümü dənizsiz təsəvvür etmirəm. Gəzdiyim ölkələr, şəhərlər, limanlar mənə dünyanın, insanların necəliyini öyrədib. Dənizi özümə həm də yaxın dost bilirəm. Tənha zamanlarımın sirdaşı dəniz olub. Ürəyimdəki sözümü dənizə demişəm, ona danışmışam, deyirəm və bu həqiqətən də belədir. Yaradıcılığımda dəniz mövzusu əsas yerlərdən birini tutur. Dənizə aid çox sayda nəsr və nəzm nümunələrim var.

- “Dənizçinin yuxusuna torpaq ətri girər hər gün”-deyirsiniz. Torpaq dənizçinin arzusudur, ya yuvası?

- Dənizçi sahildə olanda dəniz üçün, dənizdə olanda sahil üçün darıxır. Torpağın ətri üçün, torpağın özü üçün burnunun ucu göynəyir. Dənizçi matrosun “torpağı görürəm” sevinci ilə yaşayır. Torpaq dənizçinin həm arzusu, həm də sığınacağıdır. Dənizin ortasında olan torpaqlar-adalar insana daha doğma gəlir. Həmin adalar dənizçinin yuvasıdır. Bir də qağayılar.

Kəsilib “gülüşü” qağayıların

nə bilim, yazdığı yuxudur, bəlkə

Gecələr yuxuma girən qağayı

Ölən dənizçinin ruhudur, bəlkə.

Dəniz dostluğun, ayrılığın vüsalın simvoludur mənim üçün.

- Dənizçilikdən bezdiyiniz, ya da yorulduğunuz olub?

- Olub, əlbəttə. Bəzən doğmalarımın xeyrinə, şərinə gəlib çata bilməyəndə bezirsən, usanırsan ki, bu necə yaşayışdır?! Amma dənizçilərin bir-birinə sədaqətini, insanlığa rəğbətini görəndə “yaxşı ki, bu sahəni seçmişəm”- deyirəm. Dənizdən yorulmağım olmur. Çünki dəniz həm də mənim istirahət yerim, ilham mənbəyimdir.

- Dənizə şeir yazmaq asandır, yoxsa dənizdə şeir yazmaq?

- Bəlkə başqaları üçün çətindir, amma mənim üçün dənizə şeir yazmaq çətin deyil. Çünki mən yaşadıqlarımı, gördüklərimi, keçirdiyim hisslərimi yazıram. Dənizə yazdığım bütün şeirlər həyatımdan keçən şeirlərdir, müşahidələrimdir, yaşantılarımdır. Köhnə gəmilərin, sahibsiz limanların taleyi bir insan taleyi kimi mənim gözümün önündən keçir, mənə fərqli duyğular yaşadır.

O ki qaldı, dənizdə şeir yazmağa, yaradıcılığımın 90 faizi dənizdə yazılıb. “Kəsilməyən həyəcan fiti”, “Yaşıl yuxulu dəniz”, “Bakı buxtası - 20 yanvar”, “Dəryada gəmim qaldı” kitablarım sırf dənizlə bağlı kitablardır. Digər şeir kitablarımda da yer alan nümunələrin çoxu dənizdə yazılıb. Dənizdə işləmək, dənizdə şeir yazmaq çox asan və rahatdır mənim üçün.

- Gələcəkdə Dənizçilik Gününün ölkəmizdə necə keçirilməsini istərdiniz?

- 2014-cü ildə Azərbaycan Beynəlxalq Dəniz Təşkilatının üzvü olandan bəri bu gün ölkəmizdə təmtəraqla keçirilir. Xüsusilə, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyəti yaradıldıqdan sonra rəhbərliyin təşəbbüsü ilə Azərbaycanda Dənizçilər Günü və Dənizçilik Günü çox yüksək səviyyədə təşkil olunur. Televiziyalar, mətbuat hər zaman bu mövzuya yer verir, dənizçilərə dövlət mükafatları, orden, medallar, Prezidentin fərdi təqaüdü verilir. Bilirəm ki, bu gün Azərbaycanda bundan da yaxşı keçirilə bilər və keçiriləcək də...

Şahanə MÜŞFİQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:251
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 Noyabr 2024 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri