Faiq Ələkbərli Özbəkistanda “Türk xalqlarının birliyinin fəlsəfəsi və Türk Dövlətləri Təşkilatı” mövzusunda məruzə edib

04.02.2026

Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.


Özbəkistanda elmi ezamiyyətdə olan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli 4 fevral 2026-cı il tarixində Özbəkistanın Daşkənd vilayətinin Çirçik şəhərində yerləşən Daşkənd İqtisadiyyat ve Pedaqojika Universitetində təşkil edilən xüsusi konfransda “Türk xalqlarının birliyinin fəlsəfəsi və Türk Dövlətləri Təşkilatı” mövzusunda məruzə edib.
Newscenter.az-ın xəbərinə görə, Faiq Ələkbərli məruzəsində bildirib ki, son illərdə Türk birliyi ideyasının reallaşması yolunda ciddi irəliləyişlər var. Türk xalqlarının bir-birlərini daha yaxından tanıması, ortaq köklərə qayıdış səbəbindən gələcəyin birgə inşası düşüncəsi artmaqdadır. Faiq Ələkbərliyə görə Türk birliyinin reallaşması istiqamətində müxtəlif fərqli fikirlərdən ortaq nəticəyə gəlməyə çox az qalmışdır: “Başqa sözlə, biz türklər, mövcud istər müstəqil, istərsə də yarımmüstəqil Türk dövlətlərinin vahid siyasi birliyinin yaranması istiqamətində çox böyük bir məsafə qət etmişik. Türk birliyinə münasibətdə başlıca metod Türk xalqlarının, Türk dövlətlərinin fəlsəfəsinə əsaslanmaq və Türk Dövlətləri Təşkilatının yaranmasınnı mahiyyətini ortaya qoymaqdır. Burada əsas üsul bir tərəfdən Türk Birliyi siyasi-ideoloji fəlsəfəsindən çıxış etmək, digər tərəfdən buna qarşı yönəlmiş yad metodlara həssaslıq göstərməkdir. Eyni zamanda, Türk Birliyi fəlsəfəsinin özünəməxsusluğunu tarixi-fəlsəfi və çağdaşlıq anlamda ifadə etməkdir”.
Daşkənd İqtisadiyyat ve Pedaqojika Universitetinin Beynəlxalq əməkdaşlıq, elmi işlər və innovasiyalar üzrə prorektor Səyyarə İsrailovna bildirib ki, Azərbaycan aliminin fikirləri onlar üçün həm düşündürücü, həm də çox maraqlıdır. O, maraqlı və dərin məruzəsi üçün Faiq Ələkbərliiyə minnətdarlığını bildirdikdən sonra, ona universitetin rəhbərliyi adından təşəkkürnamə təqdim edib.
Tədbirdən sonra, Faiq Ələkbərli Daşkənd İqtisadiyyat ve Pedaqojika Universitetinin rektoru, professor Şakarboy Janikulovla görüşərək kitablarını hədiyyə etmişdir.
Süleyman
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью