Faiq Ələkbərli Özbəkistanda “Türk xalqlarının birliyinin fəlsəfəsi və Türk Dövlətləri Təşkilatı” mövzusunda məruzə edib
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Özbəkistanda elmi ezamiyyətdə olan AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Faiq Ələkbərli 4 fevral 2026-cı il tarixində Özbəkistanın Daşkənd vilayətinin Çirçik şəhərində yerləşən Daşkənd İqtisadiyyat ve Pedaqojika Universitetində təşkil edilən xüsusi konfransda “Türk xalqlarının birliyinin fəlsəfəsi və Türk Dövlətləri Təşkilatı” mövzusunda məruzə edib.
Newscenter.az-ın xəbərinə görə, Faiq Ələkbərli məruzəsində bildirib ki, son illərdə Türk birliyi ideyasının reallaşması yolunda ciddi irəliləyişlər var. Türk xalqlarının bir-birlərini daha yaxından tanıması, ortaq köklərə qayıdış səbəbindən gələcəyin birgə inşası düşüncəsi artmaqdadır. Faiq Ələkbərliyə görə Türk birliyinin reallaşması istiqamətində müxtəlif fərqli fikirlərdən ortaq nəticəyə gəlməyə çox az qalmışdır: “Başqa sözlə, biz türklər, mövcud istər müstəqil, istərsə də yarımmüstəqil Türk dövlətlərinin vahid siyasi birliyinin yaranması istiqamətində çox böyük bir məsafə qət etmişik. Türk birliyinə münasibətdə başlıca metod Türk xalqlarının, Türk dövlətlərinin fəlsəfəsinə əsaslanmaq və Türk Dövlətləri Təşkilatının yaranmasınnı mahiyyətini ortaya qoymaqdır. Burada əsas üsul bir tərəfdən Türk Birliyi siyasi-ideoloji fəlsəfəsindən çıxış etmək, digər tərəfdən buna qarşı yönəlmiş yad metodlara həssaslıq göstərməkdir. Eyni zamanda, Türk Birliyi fəlsəfəsinin özünəməxsusluğunu tarixi-fəlsəfi və çağdaşlıq anlamda ifadə etməkdir”.
Daşkənd İqtisadiyyat ve Pedaqojika Universitetinin Beynəlxalq əməkdaşlıq, elmi işlər və innovasiyalar üzrə prorektor Səyyarə İsrailovna bildirib ki, Azərbaycan aliminin fikirləri onlar üçün həm düşündürücü, həm də çox maraqlıdır. O, maraqlı və dərin məruzəsi üçün Faiq Ələkbərliiyə minnətdarlığını bildirdikdən sonra, ona universitetin rəhbərliyi adından təşəkkürnamə təqdim edib.
Tədbirdən sonra, Faiq Ələkbərli Daşkənd İqtisadiyyat ve Pedaqojika Universitetinin rektoru, professor Şakarboy Janikulovla görüşərək kitablarını hədiyyə etmişdir.
Süleyman
Bu mövzuda digər xəbərlər:Faiq Ələkbərli “Türk Birliyi ideyasından Türk Dövlətləri Təşkilatlarına doğru” mövzusunda məruzə edib
21 İyun 2025 18:13
Faiq Ələkbərli “Yusif Balasaqunlunun sosial fəlsəfi görüşləri və Türk fəlsəfəsi” mövzusunda məruzə edib
10 Noyabr 2025 18:29
Faiq Ələkbərli “Türk xalqlarının ortaq fəlsəfi təfəkkür tarixi: ənənə və çağdaşlıq” mövzusunda onlayn məruzə edib
22 Noyabr 2025 22:07
Türk Dövlətləri Təşkilatı: yeni çağırışlar
24 Sentyabr 2025 03:26
Baxış sayı:77
Bu xəbər 04 Fevral 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















