Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Son günlər Rusiya və Ukrayna arasında mümkün sülh razılaşması ilə bağlı yayılan məlumatlar beynəlxalq gündəmdə ciddi müzakirələrə səbəb olub.
Xüsusilə 20 maddəlik sülh planının böyük ölçüdə razılaşdırıldığı və danışıqlarda irəliləyiş olduğu iddiaları diqqət çəkir.
Lakin müharibənin gedişatı, cəbhədəki vəziyyət və böyük güclərin maraqları fonunda bu məlumatların nə dərəcədə real olduğu sual doğurur.
Mövzu iıə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu cür açıqlamalar ilk növbədə siyasi siqnal xarakteri daşıyır.
Rusiya uzunmüddətli müharibənin iqtisadi və hərbi yükünü hiss edir və bu yük diplomatik ritorikada da özünü göstərir.
Onun sözlərinə görə, sülh istəyi real ola bilər, amma bu, Moskvanın öz şərtlərini legitimləşdirmək cəhdi ilə müşayiət olunur.
Rusiya üçün əsas məsələ masada qazandığını sahədə itirməməkdir.