Icma.az
close
up
RU
Faizlə ölçülən sülh: Moskvanın hesabı, Kiyevin şərtləri

Faizlə ölçülən sülh: Moskvanın hesabı, Kiyevin şərtləri

Bakivaxti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son günlər Rusiya və Ukrayna arasında mümkün sülh razılaşması ilə bağlı yayılan məlumatlar beynəlxalq gündəmdə ciddi müzakirələrə səbəb olub. Xüsusilə 20 maddəlik sülh planının böyük ölçüdə razılaşdırıldığı və danışıqlarda irəliləyiş olduğu iddiaları diqqət çəkir.

Lakin müharibənin gedişatı, cəbhədəki vəziyyət və böyük güclərin maraqları fonunda bu məlumatların nə dərəcədə real olduğu sual doğurur.

Mövzu iıə bağlı Bakıvaxtı.az-a danışan politoloq Züriyə Qarayeva bildirib ki, bu cür açıqlamalar ilk növbədə siyasi siqnal xarakteri daşıyır. Rusiya uzunmüddətli müharibənin iqtisadi və hərbi yükünü hiss edir və bu yük diplomatik ritorikada da özünü göstərir. Onun sözlərinə görə, sülh istəyi real ola bilər, amma bu, Moskvanın öz şərtlərini legitimləşdirmək cəhdi ilə müşayiət olunur. Rusiya üçün əsas məsələ masada qazandığını sahədə itirməməkdir. Ona görə də sülh mesajları daha çox mövcud mövqelərin tanınmasına hesablanıb. Bu mərhələdə tam kompromisdən danışmaq hələ tezdir.

Bildirilir ki, 20 maddəlik sülh planının 90 faizi razılaşdırılıb. Bunun nə dərəcədə inandırıcı olub-olmadığına gəlincə, müsahibimiz bildirib ki, faizlərlə ifadə olunan razılaşmalar diplomatiyada çox vaxt nisbi anlayışdır. Dediyinə görə, rexniki və ikinci dərəcəli maddələr üzrə razılıq əldə etmək mümkündür, amma əsas siyasi məsələlər həlledici rol oynayır:

“Ərazi məsələsi, təhlükəsizlik zəmanətləri və beynəlxalq hüquqi status kimi mövzular razılaşdırılmadan sənədin dəyəri olmur. Bu səbəbdən 90 faiz iddiası daha çox müsbət fon yaratmaq məqsədi daşıyır. Əsas maddələrdə razılaşma yoxdursa, proses formal qalır. Real sülh üçün siyasi iradə hələ tam formalaşmayıb”.

Züriyə Qarayeva: Həqiqi razılaşma üçün sahədə balansın dəyişməsi gözlənilir

“Ukraynanın danışıqlarda əldə edilən irəliləyişi kiçildiyi iddiası nə deməkdir” sualını cavablandıran Z.Qarayevanın dediyinə görə, bu, Kiyevin mövcud təklifləri öz maraqlarına uyğun görmədiyini göstərir. Ukrayna üçün sülh yalnız atəşkəs demək deyil, həm də təhlükəsizlik zəmanətləri və suverenlik məsələsidir. Kiyev Qərbin dəstəyinə arxalanaraq mövqeyini qorumağa çalışır. Danışıqlarda irəliləyişin kiçildilməsi əslində qarşı tərəfə təzyiq alətidir. Bu, həm daxili auditoriyaya, həm də müttəfiqlərə mesajdır. Ukrayna güzəştə getməyə tələsmədiyini nümayiş etdirir.

Həmsöhbətimiz qeyd edib ki, bu prosesdə Qərb açıq şəkildə masanın bir tərəfindədir, amma birbaşa danışıqların iştirakçısı kimi görünmək istəmir. ABŞ üçün əsas məsələ Rusiyanın strateji zəifləməsinin davam etməsidir.

“Eyni zamanda müharibənin nəzarətsiz eskalasiyası da Vaşinqton üçün risklidir. Buna görə sülh mesajları diqqətlə izlənilir, amma təşviq edilmir. Qərb bu mərhələdə danışıqları vaxt qazandıran mexanizm kimi görür. Həqiqi razılaşma üçün isə sahədə balansın dəyişməsi gözlənilir”, - deyə Züriyə Qarayeva qeyd edib.

Zülfü Məmmədov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:205
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 Yanvar 2026 10:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri