Fasiləsiz çalışan işçi həyatından oldu Ölümündən sonra iş tapşırdılar

26.01.2026

Icma.az, Unikal.az saytına istinadən bildirir.

Çində proqramçı olan 32 yaşlı kişi çox çalışmaqdan həyatını itirib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Qao Quanhui adlı şəxs evdə işləyərkən qəfil özünü pis hiss edib və sonradan huşunu itirib. 

Ailəsi onu təcili xəstəxanaya aparıb, lakin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb. 

Çin mediasının məlumatına görə, nümunəvi işçi olan Qao şöbə müdiri vəzifəsinə yüksəlib və ölümündən əvvəl uzun saatlar işləyib. Həkimlər onun ürəktutmadan öldüyünü bildiriblər. 

Maraqlısı budur ki, proqramçı həyatı uğrunda mübarizə apararkən, şirkət ona yeni bir iş tapşırıb və təcilini həll olunmasını tələb edib. 

Qaonun ailəsi onun ölümünün həddindən artıq işləməsindən qaynaqlandığını bildirib və şirkətdən təzminat tələb edib. 

Gülayə Mecid


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью