Fasiləsiz çalışan işçi həyatından oldu Ölümündən sonra iş tapşırdılar
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Çində proqramçı olan 32 yaşlı kişi çox çalışmaqdan həyatını itirib.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Qao Quanhui adlı şəxs evdə işləyərkən qəfil özünü pis hiss edib və sonradan huşunu itirib.
Ailəsi onu təcili xəstəxanaya aparıb, lakin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək olmayıb.
Çin mediasının məlumatına görə, nümunəvi işçi olan Qao şöbə müdiri vəzifəsinə yüksəlib və ölümündən əvvəl uzun saatlar işləyib. Həkimlər onun ürəktutmadan öldüyünü bildiriblər.
Maraqlısı budur ki, proqramçı həyatı uğrunda mübarizə apararkən, şirkət ona yeni bir iş tapşırıb və təcilini həll olunmasını tələb edib.
Qaonun ailəsi onun ölümünün həddindən artıq işləməsindən qaynaqlandığını bildirib və şirkətdən təzminat tələb edib.
Gülayə Mecid
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 26 Yanvar 2026 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















