Fast food qidalarının zərərləri nələrdir? | Icma.az
Icma.az, Olke.az saytına istinadən bildirir. Müasir həyatın sürətli tempi insanların qidalanma vərdişlərini dəyişdirib.
Xüsusilə şəhər həyatında "fast food", yəni hazır və tez hazırlanan yeməklər – gündəlik rasionun əsas hissəsinə çevrilib.
Lakin həkim və qidalanma mütəxəssisləri xəbərdarlıq edirlər ki, bu qidalar sağlamlıq üçün ciddi təhlükə yarada bilər.
Ölkə.az xəbər verir ki, "fast food" yeməkləri yüksək kalorili, yağlı və şəkərlidir.
Müntəzəm olaraq bu cür yeməklərlə qidalanmaq artıq çəkiyə və obeziteyə səbəb olur ki, bu da ürək-damar, şəkər və digər xroniki xəstəliklərin riskini artırır.
Qızartmalar və trans yağlarla zəngin olan "fast food" məhsulları xolesterin səviyyəsini artırır.
Bu da damarların tıxanmasına, təzyiqin yüksəlməsinə və infarkt riskinin artmasına gətirib çıxarır.
Bu cür qidalar çox zaman lifsiz və emal olunmuş qidalardan ibarətdir.
Tam oxu
Xəbəri oxu