Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Müasir dövrdə uşaqların qidalanma vərdişləri valideynlərin seçimi və həyat tərzi ilə sıx bağlıdır.
Boş vaxtlarında uşaqları əyləndirmək məqsədilə onları tez-tez “fast food”restoranlarına və sağlam olmayan qidalar təqdim edən məkanlara aparmaq getdikcə daha çox yayılır.
Lakin bu cür qidalanma uşaqların sağlamlığı üçün ciddi təhlükələr yaradır.
Artıq çəki, həzm problemləri, şəkərli diabet və digər sağlamlıq riskləri erkən yaşlardan formalaşa bilər.Mövzu ilə bağlı Demokrat.az-a danışan qida üzrə mütəxəssis Ağa Salamov bildirib ki, “fast food” qidaları, rəngli, qazlı içkilər bu ümumi problemdir:“Azərbaycan da bu axarla gedir.
Bunun başında da milli dəyərlərdən uzaqlaşmaq var. Çünki uşaqlar bilmir ki, məsələn fəsəli, dürmək, şor-çörək, lavaşın arasında tərəvəz dürm
Bizim milli adət-ənənələrimiz qalıb bir kənarda, yapışmışıq ingilisin, fransızın, amerikanın qida məsullarından, mətbəxindən.
Bu da təbii ki, “fast food” dur. Əslində, bunun qarşısını valideyn almalıdır.