Icma.az
close
up
RU
“Fast food”lar gəncləri, uşaqları böyük bir təhlükə ilə üz üzə qoyur” Qida mütəxəssisi

“Fast food”lar gəncləri, uşaqları böyük bir təhlükə ilə üz üzə qoyur” Qida mütəxəssisi

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Müasir dövrdə uşaqların qidalanma vərdişləri valideynlərin seçimi və həyat tərzi ilə sıx bağlıdır. Boş vaxtlarında uşaqları əyləndirmək məqsədilə onları tez-tez “fast food”restoranlarına və sağlam olmayan qidalar təqdim edən məkanlara aparmaq getdikcə daha çox yayılır. Lakin bu cür qidalanma uşaqların sağlamlığı üçün ciddi təhlükələr yaradır. Artıq çəki, həzm problemləri, şəkərli diabet və digər sağlamlıq riskləri erkən yaşlardan formalaşa bilər.
Mövzu ilə bağlı Demokrat.az-a danışan qida üzrə mütəxəssis Ağa Salamov bildirib ki, “fast food” qidaları, rəngli, qazlı içkilər bu ümumi problemdir:
“Azərbaycan da bu axarla gedir. Bunun başında da milli dəyərlərdən uzaqlaşmaq var. Çünki uşaqlar bilmir ki, məsələn fəsəli, dürmək, şor-çörək, lavaşın arasında tərəvəz dürməyi, kərə yağı, pendir nədir?
Bizim milli adət-ənənələrimiz qalıb bir kənarda, yapışmışıq ingilisin, fransızın, amerikanın qida məsullarından, mətbəxindən. Bu da təbii ki, “fast food” dur. Əslində, bunun qarşısını valideyn almalıdır. Hər bir ailə öz milli dəyərlərini qoruyub, ona uyğun olaraq mətbəx formalaşdırmaq üçün ailədə uşaqlara  sadaladığımız qidaları təqdim etməlidirlər”.
Mütəxəssis onu da qeyd edib ki, artıq “fast food”ların hər yerdə reklamları var:
“Uşaqlar da şüuraltı bunu həm çizgi filmlərində, həm televizor ekranlarında, həm sosial şəbəkələrdə, həm küçə elanlarında görürlər. Bu da uşaqları ora cəlb edir. Yəni, bunun qarşısını almaq üçün birinci növbədə milli mətbəxə, milli dəyərlərə daha çox üstünlük verilməlidir ki,uşaqları “fast food”dan uzaq tutsunlar.
Burada da mədə-bağırsaq sistemi başda gəlir. Boş karbonhidratlar, yəni “fast food”ların yağında istehlak olunan, tərkibində mineral, vitamin olmayan, rəngli-qazlı içkilər, bunlar beyindən, oreksin maddəsi səviyyəsini aşağı salır. Bu da uşaqlarda müəyyən düşünmə problemi, yorğunluq, oxuma həvəssizliyinə səbəb olur. “Fast food”lar böyük bir təhlükə ilə gəncləri, uşaqları üz-üzə qoyur. Hər şey norma çərçivəsində yemək daha yaxşıdır. Mövsümi meyvələrdən, tərəvəzlərdən, bitkilərdən istifadə etmək daha yaxşıdır. Çətin hazırlanan yeməklərə də üstünlük verilməlidir”.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Fevral 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see407

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see261

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see224

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see203

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see189

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see174

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see144

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see143

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see139

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see138

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see136

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see132

Neymar və het trik

04 Dekabr 2025 09:17see131

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see131

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see130

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see129

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see125

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri