Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Bakının “hə” demədiyi bir vəziyyətdə Türkiyənin sərhəd qapısını açması nə strateji ağılla, nə də Şuşa Bəyannaməsinin ruhu ilə uzlaşmazBeynəlxalq mediada, xüsusilə Bloomberg kimi mənbələrdə Ermənistan-Türkiyə münasibətlərində mümkün irəliləyişlə bağlı yayılan xəbərlər Cənubi Qafqazda geosiyasi dinamikanın dəyişdiyini göstərir.
Ermənistanın yaxın altı ayda Türkiyə ilə quru sərhədlərini açmağa hazırlaşdığına dair iddialar ilk baxışda texniki addım təsiri yaradır.
Lakin proses regional güc balansı, Rusiya-Qərb münasibətləri və Ermənistan-Azərbaycan sülh danışıqları ilə yaxından əlaqəlidir.
Ermənistan Baş naziri Nikol Paşinyanın qarşıdan gələn parlament seçkiləri öncəsi bu mövzunun daxili siyasətdə təsirini nəzərə alır.
Eyni zamanda, Türkiyənin bu istiqamətdə atacağı addımların Azərbaycanla koordinasiya çərçivəsində həyata keçiriləcəyi qeyd olunur.
Bu səbəbdən sərhədin açılması məsələsi yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, bütövlükdə regional təhlükəsizlik və iqtisadi inteqrasiya baxımından da əhəmiyyət kəsb edir.Tokat Qaziosmanpaşa Universitetinin akademiki Dr.
Fatih Erarslan mövzu ilə bağlı Sherg.az-a danışıb: "Son günlərdə beynəlxalq mediada, xüsusilə Bloomberg mənbəli xəbərlərdə, Türkiyənin yaxın altı ay ərzində Ermənistanla quru sərhədlərini açmağı planlaşdırdığına dair məlumatlar yer almaqdadır.