Icma.az
close
up
RU
Fatih Erarslan: Ermənistanla sərhədin açarı Ankarada, şifrə isə Bakıdadır

Fatih Erarslan: Ermənistanla sərhədin açarı Ankarada, şifrə isə Bakıdadır

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakının “hə” demədiyi bir vəziyyətdə Türkiyənin sərhəd qapısını açması nə strateji ağılla, nə də Şuşa Bəyannaməsinin ruhu ilə uzlaşmaz

Beynəlxalq mediada, xüsusilə Bloomberg kimi mənbələrdə Ermənistan-Türkiyə münasibətlərində mümkün irəliləyişlə bağlı yayılan xəbərlər Cənubi Qafqazda geosiyasi dinamikanın dəyişdiyini göstərir. Ermənistanın yaxın altı ayda Türkiyə ilə quru sərhədlərini açmağa hazırlaşdığına dair iddialar ilk baxışda texniki addım təsiri yaradır. Lakin proses regional güc balansı, Rusiya-Qərb münasibətləri və Ermənistan-Azərbaycan sülh danışıqları ilə yaxından əlaqəlidir. Ermənistan Baş naziri Nikol Paşinyanın qarşıdan gələn parlament seçkiləri öncəsi bu mövzunun daxili siyasətdə təsirini nəzərə alır. Eyni zamanda, Türkiyənin bu istiqamətdə atacağı addımların Azərbaycanla koordinasiya çərçivəsində həyata keçiriləcəyi qeyd olunur. Bu səbəbdən sərhədin açılması məsələsi yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, bütövlükdə regional təhlükəsizlik və iqtisadi inteqrasiya baxımından da əhəmiyyət kəsb edir.

Tokat Qaziosmanpaşa Universitetinin akademiki Dr. Fatih Erarslan mövzu ilə bağlı Sherg.az-a danışıb: 

"Son günlərdə beynəlxalq mediada, xüsusilə Bloomberg mənbəli xəbərlərdə, Türkiyənin yaxın altı ay ərzində Ermənistanla quru sərhədlərini açmağı planlaşdırdığına dair məlumatlar yer almaqdadır. Diplomatik mənbələrə əsaslanan bu proses, Ermənistanın Baş naziri Nikol Paşinyanın 2026-cı ilin iyununda keçiriləcək parlament seçkiləri ərəfəsində əlini gücləndirmək və Qərbə inteqrasiya prosesini sürətləndirmək məqsədi ilə qurduğu siyasi zamanlamanın bir parçası kimi görünür. Siyasət elmi baxımından bu inkişafları dəyərləndirdikdə, məsələni yalnız “sərhəd qapısının açılması” kimi texniki bir başlığa endirmək mümkün deyil. Bu iddialar, Cənubi Qafqazda yenidən formalaşan geosiyasi vəziyyətin, Rusiya-Qərb rəqabətinin və ən əsası Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesinin tam mərkəzində yerləşir. Burada qəti şəkildə deyilməli olan məqam budur: Ankaranın İrəvanla normallaşma prosesində atacağı heç bir addım, Bakının strateji maraqlarından və razılığından asılı olmayaraq həyata keçirilə bilməz".

Siyasi ekspert Bloomberg-in iddia etdiyi “seçkiqabağı sərhəd açılımı” məsələsinin Ermənistanın daxili siyasəti baxımından müəyyən məntiqliliyə malik olduğunu qeyd edib: 

"Paşinyan hökuməti üçün Türkiyə ilə sərhədin açılması daxili siyasətdə ciddi bir legitimlik axtarışı deməkdir. Çünki Paşinyan 2025-ci ilin iyununda keçiriləcək parlament seçkilərinə hazırlaşarkən xarici siyasətdəki uğurlarını ictimaiyyətə “sabitlik gətirən liderlik” kimi təqdim etməyi hədəfləyir. Bu kontekstdə Ankara ilə normallaşma və quru sərhədinin açılması Paşinyanın seçki kampaniyası üçün mühüm prestij qazanması kimi görünür. Paşinyan rəhbərliyi Qarabağdakı işğalın sona çatması ilə birlikdə ölkə daxilində radikal millətçi müxalifət və diaspora təzyiqi altındadır. İqtisadi baxımdan çətin vəziyyətdə olan Ermənistanın rahat nəfəs alması isə Türkiyə üzərindən Qərb bazarlarına və beynəlxalq logistika şəbəkələrinə çıxışın bərpasından asılıdır. Dolayısıyla Paşinyanın 2026 seçkilərinə gedərkən xalqına təqdim edə biləcəyi ən böyük “uğur hekayəsi” Türkiyə ilə sərhədlərin açılması və iqtisadi təcridin qırılması ola bilər. ABŞ və Avropanın da Ermənistanın Rusiyadan uzaqlaşmasını hədəflədiyi məlum olduğundan, Türkiyə ilə normallaşmanı Qərb strateji təşviq vasitəsi kimi istifadə edir. Lakin beynəlxalq münasibətlərdə niyyətlə reallıq çox zaman üst-üstə düşmür". 

Akademik vurğulayıb ki, Türkiyə xarici siyasətini heç vaxt Ermənistandakı bir liderin seçki təqviminə görə müəyyənləşdirməz. 

"Ankara üçün öncəliyik şəxsi siyasi qazanc deyil, regional təhlükəsizlik, davamlı sülh və Azərbaycanla tam uyğunluqdur. Azərbaycanlı qardaşlarımız rahat ola bilərlər. Türkiyənin Ermənistanla apardığı normallaşma prosesi, Azərbaycan ilə Ermənistan arasındakı sülh prosesi ilə paralel və koordinasiyalı şəkildə irəliləyir. Bloomberg sərhədin sülh sazişindən əvvəl açıla biləcəyini ima etsə də, Ankaranın indiyə qədər izlədiyi diplomatik xətt bunun tam əksini göstərir. Türkiyə açıq şəkildə bəyan etdi ki, Ermənistanla tam normallaşma (səfirlərin təyin edilməsi və sərhədin açılması) yalnız İrəvanın Bakı ilə ədalətli, qalıcı və icra edilə bilən bir sülh sazişi imzalaması ilə mümkündür.

Bunun üçün iki əsas şərt önə çıxır:

a. Konstitusiya dəyişikliyi şərti

Ermənistan Konstitusiyası hələ də Azərbaycanın ərazi bütövlüyünə və Türkiyənin şərq vilayətlərinə yönəlik dolayı iddialar ehtiva edir. Bu maddələr dəyişdirilmədən real və qarşılıqlı etimada əsaslanan sülh mümkün deyil.

b. Zəngəzur dəhlizi və nəqliyyat xətləri

Azərbaycanın ana qitəsi ilə Naxçıvan arasındakı bağlantının təhlükəsiz şəkildə təmin edilməsi yalnız Bakının deyil, Türk Dünyasının strateji prioritetidir.

Bu səbəblə Bakının “hə” demədiyi bir vəziyyətdə Türkiyənin sərhəd qapısını açması nə strateji ağılla, nə də Şuşa Bəyannaməsinin ruhu ilə uzlaşmaz".

Siyasətçi Bloomberg-in qeyd etdiyi “önümüzdəki 6 ay” ifadəsinə də toxunub: 

"Beynəlxalq münasibətlərdə “diplomatik siqnal vermə” adlandırılan bir mexanizm vardır. Bu kimi xəbərlər bəzən tərəflərin mövqeyini ölçmək, bəzən də danışıqları sürətləndirmək üçün sızdırılır. Bu səbəbdən ən real ssenari budur ki, yaxın altı ayda Ermənistan və Azərbaycan arasında sülh mətni üzrə çərçivə razılaşması əldə oluna bilər. Bu razılaşmanın ardından Türkiyə məhdud, simvolik bir keçid tətbiqinə başlaya bilər (məsələn, yalnız diplomatik pasport sahibləri və ya üçüncü ölkə vətəndaşları üçün). Lakin tam miqyaslı sərhəd açılımı Paşinyanın Azərbaycanın bütün şərtlərini qəbul etmək iradəsini ortaya qoymadan gerçəkləşməyəcək. Türkiyənin prinsipi açıqdır: “Əvvəl addım, sonra normallaşma”. “Əvvəl mükafat, sonra performans” anlayışı Ankaranın diplomatik ənənəsinə ziddir. Nəticə olaraq, Türkiyə və Azərbaycan xarici siyasətdə bəlkə də tarixlərinin ən sinxron dövrünü yaşayır. Ermənistanla sərhədlərin açılması düzgün şərtlər təmin olunduğu halda bütün regionun iqtisadi və logistika inteqrasiyasına töhfə verəcəkdir. Lakin bunun baş tutması Ermənistanın işğaldan sonra yaranmış dağıntıları aradan qaldıracaq addımlar atmasına, konstitusion problemləri həll etməsinə və beynəlxalq hüquqa əsaslanan sülhü qəbul etməsinə bağlıdır".

Eraslan Türkiyənin Ermənistana uzatdığı əlin havada qalmadığını söyləyib: 

"Türkiyənin Ermənistana uzatdığı əlin digər tərəfində Azərbaycanın razılığı və strateji maraqları vardır. Bir akademik olaraq proqnozum budur ki, yaxın 6 ay diplomatik baxımdan olduqca intensiv keçəcək. Lakin Türkiyə, Azərbaycanın həssasiyyətlərini və Qarabağ zəfəri ilə əldə edilən geosiyasi qazancları riskə atacaq hər hansı bir faktiki vəziyyətin yaranmasına imkan verməyəcəkdir. Sərhəd qapısının açarı Ankarada, o kilidi açacaq şifrə isə Bakıdadır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://sherg.az
archiveBu xəbər 05 Dekabr 2025 15:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see293

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see274

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see165

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see164

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see153

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see145

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see143

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see141

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see140

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see137

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see136

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see135

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see131

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see131

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see128

“Qarabağ” “Turan Tovuz”a güzəştə getdi

18 Yanvar 2026 10:37see128

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri