Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi

28.08.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi

"Trabzonspor" Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə də  "Ferentsvaroş"a uduzmasından (0:4, ilk oyun 0:1) sonra komandanın baş məşqçisi Fatih Tekke istefa verib.

QOL.az xəbər verir ki, baş məşqçi Macarıstandakı ağır məğlubiyyətin ardından keçirilən mətbuat konfransında qərarını açıqlayıb.

Lakin klub rəhbərliyi onun istefasını qəbul etməyib. Bununla bağlı klub rəsmi açıqlama yayıb: "Baş məşqçimiz Fatih Tekke, "Ferentsvaroş"a qarşı məğlubiyyətin güclü emosional təsiri səbəbindən istefa vermək qərarına gəlib. "Trabzonspor" Direktorlar Şurası Fatih Tekkenin istefasını qəbul etməyib. Fatih Tekke baş məşqçi vəzifəsində davam edəcək və "Amedspor"a qarşı Superlliqa matçında komandaya rəhbərlik edəcək".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью