Fatih Tekke istefa verdi, "Trabzonspor" qəbul etmədi
Icma.az, Qol.az portalına istinadən məlumat verir.
"Trabzonspor" Avropa Liqasının pley-off mərhələsinin cavab görüşündə də "Ferentsvaroş"a uduzmasından (0:4, ilk oyun 0:1) sonra komandanın baş məşqçisi Fatih Tekke istefa verib.
QOL.az xəbər verir ki, baş məşqçi Macarıstandakı ağır məğlubiyyətin ardından keçirilən mətbuat konfransında qərarını açıqlayıb.
Lakin klub rəhbərliyi onun istefasını qəbul etməyib. Bununla bağlı klub rəsmi açıqlama yayıb: "Baş məşqçimiz Fatih Tekke, "Ferentsvaroş"a qarşı məğlubiyyətin güclü emosional təsiri səbəbindən istefa vermək qərarına gəlib. "Trabzonspor" Direktorlar Şurası Fatih Tekkenin istefasını qəbul etməyib. Fatih Tekke baş məşqçi vəzifəsində davam edəcək və "Amedspor"a qarşı Superlliqa matçında komandaya rəhbərlik edəcək".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:208
Bu xəbər 28 Avqust 2026 11:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















