Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Azərbaycan Premyer Liqasında XXXI tur başa çatıb.
Lider “Qarabağ” və ikinci “Zirə” turu qələbə ilə başa vurub.
Autsayder “Səbail” və elitada qalmaq mübarizəsi aparan “Kəpəz” məğlub olub, “Turan Tovuz” isə “Araz-Naxçıvan”la heç-heçəyə razılaşıb.
Araz-Naxçıvan – Turan Tovuz 1:1 Turun açılış oyununda tərəflər hərəyə bir xalla kifayətləndi.
Tovuz təmsilçisi daha istəkli və yaxşı oynamasına baxmayaraq, qələbə qazana bilmədi.
İkinci hissədə effektiv hücum təşkil etməkdə çətinlik çəkən komandalar üçün bərabərlik ədalətli nəticə sayıla bilər.
Heç-heçə daha çox “Araz-Naxçıvan”a sərf etdi. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv üçüncü sıradakı mövqeyini qorumaqdadır və “Turan T
Sabah – Səbail 3:2 Əsas diqqəti ölkə kubokunun “Neftçi” ilə yarımfinal oyununda olan “Sabah” çox güc sərf etmədən 8 tur sonra qələbə qazandı