Icma.az
close
up
RU
Favoritlər qazandı, “zirzəmi”də fərq dəyişmədi

Favoritlər qazandı, “zirzəmi”də fərq dəyişmədi

Icma.az, futbolpress-az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan Premyer Liqasında XXXI tur başa çatıb. Lider “Qarabağ” və ikinci “Zirə” turu qələbə ilə başa vurub. Autsayder “Səbail” və elitada qalmaq mübarizəsi aparan “Kəpəz” məğlub olub, “Turan Tovuz” isə “Araz-Naxçıvan”la heç-heçəyə razılaşıb.

Araz-Naxçıvan – Turan Tovuz 1:1

Turun açılış oyununda tərəflər hərəyə bir xalla kifayətləndi. Tovuz təmsilçisi daha istəkli və yaxşı oynamasına baxmayaraq, qələbə qazana bilmədi. İkinci hissədə effektiv hücum təşkil etməkdə çətinlik çəkən komandalar üçün bərabərlik ədalətli nəticə sayıla bilər. Heç-heçə daha çox “Araz-Naxçıvan”a sərf etdi. Elmar Baxşıyevin rəhbərlik etdiyi kollektiv üçüncü sıradakı mövqeyini qorumaqdadır və “Turan Tovuz”la aradakı 5 xallıq fərqi saxlamağı bacardılar.

Sabah – Səbail 3:2

Əsas diqqəti ölkə kubokunun “Neftçi” ilə yarımfinal oyununda olan “Sabah” çox güc sərf etmədən 8 tur sonra qələbə qazandı. Vasili Berezutskinin yetirmələri demək olar, fərdi bacarıqları hesabına üç xalı qazandı. Ümumiyyətlə, Berezutskinin artıq neçə aydır, komandada olmasına baxmayaraq, “Sabah”ın ifasında hansısa sistemli oyun hiss edilmir. Sanki hər matç futbolçuların fərdi bacarıqlarına hesablanıb. Hər bir halda, əsas olan nəticədir və “Neftçi” ilə kubok matçı öncəsi qələbə komandaya əlavə motivasiya verəcək.

“Səbail” isə I Liqaya yaxınlaşır. Autsayder 9-cu pillədəki “Kəpəz”dən 8 xal geri qalır. Qarşıda 5 tur var və fərqin qapanması çətin görünür.

Qarabağ – Neftçi 3:0

Mövsümün sonuncu – 4-cü Azərbaycan derbisi də “Qarabağ”ın qələbəsiylə başa çatdı. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ilk hissədə vurduğu qollar hesabına aktivinə üç xalı yazdırdı. “Neftçi”yə şans tanımayan “Qarabağ” artıq növbəti turda çempionluğu təmin edə bilər.

“Neftçi”nin isə çempionatda iddiası qalmayıb. “Ağ-qaralar” üçün əsas ölkə kubokudur və bu həftə “Sabah”la revanş matçı var. Məğlubiyyət mövsümün komanda üçün bitməsinə səbəb olacaq. Samir Abasovun kollektivi kubok iddiasını davam etdirmək üçünsə “Sabah”a səfərdə azı iki xalla qalib gəlməli olacaq.

Şamaxı – Kəpəz 2:1

“Şamaxı” çempionatda növbəti qələbəni aktivinə yazdırdı. Ötən tur Sumqayıt səfərindən üç xalla dönən “şirlər” bu dəfə yerli publika önündə “Kəpəz”i xalsız qoydu. Ayxan Abbasovun yetirmələri indi yuxarı sıralar haqda düşünür və komanda 6-cı pillədəki “Neftçi”dən cəmi 1 xal geri qalır.

“Kəpəz” isə bəlkə də, autsayder “Səbail”in məğlub olmasına görə müəyyən dərəcədə rahat idi. Komanda “Şamaxı” səfərində ciddi təzyiq göstərə bilmədi. Növbəti sınaq Tovuzda “Zirə”yə qarşı olacaq.

Zirə – Sumqayıt 3:1

Premyer Liqada son turların ən formada komandası olan “Zirə” növbəti qələbəsini “Sumqayıt”la oyunda qazandı. “Qartallar” ilk hissəni böyük üstünlüklə keçirdi və iki qol vurmaqla rəqibin müqavimətini qırmağı bacardı. Fasilədən sonra “Sumqayıt” qollardan birinin əvəzini çıxsa da, bundan artığına gücü çatmadı. Əvəzində “Zirə” sürətli əks-hücumlarla ciddi təhlükə yaratdı, oyunun son dəqiqələrinə yaxın isə bir qol vurdu, sonda birini də qaçırdı. “Zirə” demək olar, “üçlük”dəki yerini təmin etdi. 4-cü “Turan Tovuz”dan 13 xal öndə olan “qartallar” növbəti turda bunu rəsmiləşdirə də bilər.

“Sumqayıt” isə ardıcıl üçüncü məğlubiyyətini yaşadı. Vaqif Sadıqovun rəhbərlik etdiyi kollektiv elitadakı yerini təmin edib deyə bilərik. Möcüzə olmazsa, komanda ən pis halda 9-cu olacaq.

Şahin Cəfərov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 21 Aprel 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri