Fazil Mustafa: “Azərbaycan qlobal informasiya və süni intellekt siyasətinin fəal iştirakçı…
Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumalar komitəsinin sədri Fazil Mustafa bu günlərdə keçirilmiş III Şuşa Qlobal Media Forumu barədə fikirlərini bölüşüb.
Millət vəkili bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb.
“Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media forumu özlüyündə həm fakt kimi, həm də məkanına görə əhəmiyyətli hadisə idi: “Belə mühüm beynəlxalq media tədbirinin paytaxt Bakıda deyil, azad olunmuş ərazilərdə, məhz Xankəndidə müzakirəyə çıxarılması ölkəmizin bu ərazilərin sahibi olduğunun dünyaya konkret siyasi mesajı, təhlüksizliyin tam təmin olunması və regionda normallaşma prosesinin artıq reallığa çevrildiyinin nümayişi idi.
Şuşa təkcə mədəniyyət paytaxtı deyil, həm də Azərbaycanın suverenliyinin rəmzidir”.
Deputat, Forumda təkcə media mənsublarının deyil, eyni zamanda ictimai rəyi formalaşdıran şəxslərin, ekspertlərin, analitiklərin də cəlb olunmasının onun məzmununu daha zənginləşdirməsinə diqqəti çəkib: “Bu cür beynəlxalq tədbirlər Azərbaycana qarşı informasiya hücumlarının qarşısını almaq və ölkə həqiqətlərini dünyaya yaymaq üçün də əlverişli platforma rolunu oynayır.
Forumda 50-dən çox ölkədən media nümayəndələrinin iştirakı Azərbaycan mediasının beynəlxalq əlaqələrini genişləndirməsi, təcrübə mübadiləsi, birgə layihələr və regional media platformalarının qurulması baxımından əhəmiyyətlidir”.
Millət vəkili qeyd edib ki, Forumda daha çox diqqət ölkə başçısının media nümayəndəlrinin suallarına verdiyi cavablara yönəlmişdi:”İştirakçıların müxtəlif spektrli suallarına ölkə başçısının dolğun cavabında regional və qlobal geosiyasi reallıqların aydın təsviri verildi və eyni zamanda problemlərin həllinə yönəlik düşüncələrini çatdırdı.
Tam oxu
Xəbəri oxu