Icma.az
close
up
RU
Fazil Mustafa: “Azərbaycan qlobal informasiya və süni intellekt siyasətinin fəal iştirakçısına çevrilmək əzmindədir”

Fazil Mustafa: “Azərbaycan qlobal informasiya və süni intellekt siyasətinin fəal iştirakçısına çevrilmək əzmindədir”

Icma.az, Turkstan.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumalar komitəsinin sədri Fazil Mustafa bu günlərdə keçirilmiş III Şuşa Qlobal Media Forumu barədə fikirlərini bölüşüb.

Millət vəkili bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində əhəmiyyətli beynəlxalq tədbirlərin keçirilməsi artıq ənənə halını alıb. “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media forumu özlüyündə həm fakt kimi, həm də məkanına görə əhəmiyyətli hadisə idi: “Belə mühüm beynəlxalq media tədbirinin paytaxt Bakıda deyil, azad olunmuş ərazilərdə, məhz Xankəndidə müzakirəyə çıxarılması ölkəmizin bu ərazilərin sahibi olduğunun dünyaya konkret siyasi mesajı, təhlüksizliyin tam təmin olunması və regionda normallaşma prosesinin artıq reallığa çevrildiyinin nümayişi idi. Şuşa təkcə mədəniyyət paytaxtı deyil, həm də Azərbaycanın suverenliyinin rəmzidir”.

Deputat, Forumda təkcə media mənsublarının deyil, eyni zamanda ictimai rəyi formalaşdıran şəxslərin, ekspertlərin, analitiklərin də cəlb olunmasının onun məzmununu daha zənginləşdirməsinə diqqəti çəkib: “Bu cür beynəlxalq tədbirlər Azərbaycana qarşı informasiya hücumlarının qarşısını almaq və ölkə həqiqətlərini dünyaya yaymaq üçün də əlverişli platforma rolunu oynayır. Forumda 50-dən çox ölkədən media nümayəndələrinin iştirakı Azərbaycan mediasının beynəlxalq əlaqələrini genişləndirməsi, təcrübə mübadiləsi, birgə layihələr və regional media platformalarının qurulması baxımından əhəmiyyətlidir”.

Millət vəkili qeyd edib ki, Forumda daha çox diqqət ölkə başçısının media nümayəndəlrinin suallarına verdiyi cavablara yönəlmişdi:”İştirakçıların müxtəlif spektrli suallarına ölkə başçısının dolğun cavabında regional və qlobal geosiyasi reallıqların aydın təsviri verildi və eyni zamanda problemlərin həllinə yönəlik düşüncələrini çatdırdı. Müsahibə nəinki forum iştirakçılarının,ölkə ictimaiyyətinin, eləcə də bütün dünyanın diqqət mərkəzində oldu. ABŞ prezidentinin öz sosial şəbəkə hesabından ölkə başçısı İ. Əliyevin çıxışından bir hissəni paylaşması da bunu təsdiq edir”.

Deputat bildirib ki, müsahibədə Ermənistanla uzun müddətdən bəri davam edən sülh danışıqlarının nəhayət yekun mərhələyə daxil olması, sazişə aid mətnin paraflanması imkanlarının real olması barədə Prezidentin fikirləri tərəflərin sülhə yaxınlığı ilə bağlı nikbin atmosfer yaratdı.

Millət vəkili qeyd edib ki, Zəngəzur dəhlizi ilə bağlı suala cavabında Azərbaycan Prezidenti bir daha əmin etdi ki, Azərbaycan bu dəhlizi sülh və əməkdaşlıq məkanı kimi nəzərdən keçirir: "Zəngəzur dəhlizində tətbiq olunacaq rejimlə bağlı da Azərbaycanın rəsmi və prinsipial mövqeyi bir daha səsləndirdirildi: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında gediş-gəliş maneəsiz olmalı, vətəndaşlarımız erməni əsgərinin yoxlamalarına məruz qalmamalıdır”.

Deputat bildirib ki, Forumda Prezidentin ukraynalı məşhur jurnalist Dmitri Qordona cavabı dünyada xüsusilə geniş rezonans doğurdu: "Ölkə başçısının Ukrayna xalqına “işğalla barışmayın” məsləhəti demokratik dünyada böyük maraq, rəğbət və məmnunluqla qarşılandı. Bu ifadə o demək idi ki, Ukrayna işğala məruz qalan tərəfdir və xalq, əgər azad olmaq, müstəqil yaşamaq istəyirsə, işğalla heç zaman barışmamalı, ona boyun əyməməli və təslim olmamalıdır. Şübhəsiz ki, ölkə başçısının diplomatik leksikondan uzaq, çox aydın, ədalətli və birbaşa açıq mövqe bəyan etməsi hansısa ölkəyə qarşı yönələn fikir kimi deyil, işğal faktoruna olan münasibət kimi qəbul olunmalıdır".

Millət vəkili əlavə edib ki, qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı sualı cavablandırarkən ölkə başçısı bir daha Azərbaycanın rəsmi mövqeyini ifadə edərkən “Təyyarəmizin vurulmasını unutmayacağıq – Rusiya cavab verməlidir!” tələbi və hadisəyə görə Azərbaycanın beynəlxalq məhkəmələrə müraciət etmək üçün sənədlər hazırlaması ilə bağlı səsləndirdiyi fikirlər Azərbaycanın haqlı və prinsipial mövqeyinin ortaya qoyulmasıdır: "Bu tələblər oxşar hadisələr zamanaı hər bir ölkənin əməl etməyə borclu olduğu tələblərdir. Azərbaycan Rusiyanı beynəlxaql hüquqa, müttəfiqlik və qonşuluq münasibətlərinə sayğılı davranışa dəvət edir. Şübhəsiz ki, hələ də iki ölkə arasında münasibətlərin deeskalasiyaya doğru geri çəkilməsinə imkanlar tükənmiş deyil. Kreml bunun üçün nə etməli olduğunu da yaxşı bilir. Əks təqdirdə, Azərbaycan özünün haqlı və beynəlxalq hüquqa dayanan mövqeyndən geri çəklmək fikrində deyil və arzuolunmaz istənilən ssenarilərə də hazırlıqlıdır.

Komitə sədri, yekunda tədbirin əhəmiyyətinə diqqət çəkərək qeyd edib ki, III Şuşa Qlobal Media Forumunun keçirilməsi ilə sübut edildi ki, Azərbaycan təkcə enerji və nəqliyyat layihələrinin mərkəzi deyil, artıq qlobal informasiya və süni intellekt siyasətinin də fəal iştirakçısına çevrilmək iddiasında və gücündədir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:72
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 İyul 2025 12:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see265

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see210

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see205

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see199

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see183

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see175

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see171

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see162

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see161

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see142

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri