Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
BQP başqanı, Millət vəkili Fazil Mustafa Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun bu yaxınlarda Azərbaycana rəsmi səfərə gəlməsini müsbət hadisə kimi dəyərləndirdiyini bildirib: “Somali Afrikanın iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkəsi olsa da, onun strateji əhəmiyyəti kifayət qədər böyükdür.
Qlobal ticarətin əhəmiyyətli hissəsi Somali sahilləri boyunca, Süveyş kanalından keçir.
Azərbaycanın Somali ilə əməkdaşlıqda maraqlı olması həm də buna görə təbiidir.
Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən, dost ölkələr sırasında olub.
Uzun illərdir o da, Azərbaycan kimi oxşar problemdən, daxili münaqişədən əziyyət çəkir.
Somalinin şimalında təktərəfli müstəqillik elan edən qondarma qurum bu ölkənin ərazi bütövlüyünə ciddi təhdid yaratmaqdadır.
Somalini Azərbaycana yaxınlaşdıran ən önəmli faktorlardan biri də, heç şübhəsiz ki, hərbi-strateji məsələlərdir".