Icma.az
close
up
RU
Fazil Mustafa: Somalini Azərbaycana yaxınlaşdıran ən önəmli faktorlardan biri də hərbi strateji məsələlərdir

Fazil Mustafa: Somalini Azərbaycana yaxınlaşdıran ən önəmli faktorlardan biri də hərbi strateji məsələlərdir

Turkstan.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

BQP başqanı, Millət vəkili Fazil Mustafa Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun bu yaxınlarda Azərbaycana rəsmi səfərə gəlməsini müsbət hadisə kimi dəyərləndirdiyini bildirib:

“Somali Afrikanın iqtisadi cəhətdən zəif inkişaf etmiş ölkəsi olsa da, onun strateji əhəmiyyəti kifayət qədər böyükdür. Qlobal ticarətin əhəmiyyətli hissəsi Somali sahilləri boyunca, Süveyş kanalından keçir. Azərbaycanın Somali ilə əməkdaşlıqda maraqlı olması həm də buna görə təbiidir. Bu ölkə Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyən, dost ölkələr sırasında olub. Uzun illərdir o da, Azərbaycan kimi oxşar problemdən, daxili münaqişədən əziyyət çəkir. Somalinin şimalında təktərəfli müstəqillik elan edən qondarma qurum bu ölkənin ərazi bütövlüyünə ciddi təhdid yaratmaqdadır. Somalini Azərbaycana yaxınlaşdıran ən önəmli faktorlardan biri də, heç şübhəsiz ki, hərbi-strateji məsələlərdir".

Millət vəkili qeyd edib ki, Somali ilə əlaqələrin inkişaf etdirilməsi, həm də qardaş Türkiyə ilə xarici siyasi fəaliyyətimizin uzlaşdırılması baxımından da əhəmiyyətlidir. “Türkiyənin bu ölkəyə diqqəti son illər daha da artmaqdadır. 2017-ci ildən Somalinin paytaxtı Moqadişuda Türkiyənin iri hərbi bazası fəaliyyət göstərir. Təsadüfi deyil ki, uzun illərdən bəri münaqişə vəziyyətində olan iki ölkə-Efiopiya ilə Somali arasında sazişin imzalanması da məhz Türkiyənin təşəbbüsü ilə reallaşdı. Hazırda Somali ordusu, Azərbaycan Ordusu kimi Türkiyə modelinə uyğunlaşdırılır".

Deputat Fazil Mustafa bu səfərin hər iki ölkənin beynəlxalq təşkilatlarda bundan sonrakı birgə fəaliyyətinə də müsbət təsir göstərcəyinə inandğını bildirib: “Təsadüfi deyil ki, səfər zamanı hər iki ölkənin tərəfdaşlığında beynəlxalq təsisatlarda qarşılıqlı dəstəyin mövcudluğu yüksək qiymərləndirilib. BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda ölkələrin qaşılıqlı dəstəyinin birmənalı olaraq davam etdirəcəyinə əminlik ifadə olunub. Mən, Somali prezidentinin 2004-cü ildən diplomatik münasibətlərimizin mövcud olduğu Azərbaycana ilk rəsmi səfərini əhəmiyyətli hesab edir, yeni əməkdaşlıqlar, çoxvektorlu xarici siyasətin qurulması, yeni müttəfiqlər qazanılması baxımından Azərbaycanın xarici siyasətində uğurlu yanaşma kimi təqdirlə qarşılayıram”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 15 Fevral 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see164

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see148

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see144

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see135

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri