Felipe Santos: Neftçi ilk oyunda “fair pley”ə əməl etsəydi... | Icma.az
Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu Felipe Santos apasport.az saytına müsahibə verib.
- “Araz-Naxçıvan" "Neftçi" ilə matçda qələbə qazanmağı bacardı. Bu görüş haqda fikrin necədir? Səncə, komandanız yaxşı futbol oynaya bildi?
- Oyunu izləyən hər kəs meydanda 2 fərqli komanda gördü. Bizim komandamız meydanda qol vurmaq üçün şans axtarırdı.
Hətta iki qoldan sonra da bunu etmək istəyirdik. Həqiqətən də, əla qələbə idi. Fikrimcə, hesab daha yaxşı ola bilərdi.
Amma epizodlardan bəzən istifadə edə bilmədik. - Bu mövsüm "Neftçi" ilə görüşlərdə 7 xal qazanmısınız.
Demək olar ki, "Neftçi" sizin üçün asan rəqibə çevrilib? - “Neftçi” ölkənin ən böyük komandalarından biridir.
Nə vaxt onlara qarşı oynasaq, qalib gəlmək istəyirik. Məncə, bu da normaldır. Bu mövsüm onlar zəif görünürlər.
Tam oxu
Xəbəri oxu