Icma.az
close
up
RU
Felipe Santos: Neftçi ilk oyunda “fair pley”ə əməl etsəydi...

Felipe Santos: Neftçi ilk oyunda “fair pley”ə əməl etsəydi...

Apasport portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın braziliyalı futbolçusu Felipe Santos apasport.az saytına müsahibə verib. 

- “Araz-Naxçıvan" "Neftçi" ilə matçda qələbə qazanmağı bacardı. Bu görüş haqda fikrin necədir? Səncə, komandanız yaxşı futbol oynaya bildi?
- Oyunu izləyən hər kəs meydanda 2 fərqli komanda gördü. Bizim komandamız meydanda qol vurmaq üçün şans axtarırdı. Hətta iki qoldan sonra da bunu etmək istəyirdik. Həqiqətən də, əla qələbə idi. Fikrimcə, hesab daha yaxşı ola bilərdi. Amma epizodlardan bəzən istifadə edə bilmədik.

- Bu mövsüm "Neftçi" ilə görüşlərdə 7 xal qazanmısınız. Demək olar ki, "Neftçi" sizin üçün asan rəqibə çevrilib?
- “Neftçi” ölkənin ən böyük komandalarından biridir. Nə vaxt onlara qarşı oynasaq, qalib gəlmək istəyirik. Məncə, bu da normaldır. Bu mövsüm onlar zəif görünürlər. Buna görə də, onlara qarşı yaxşı çıxış edirik. İlk oyunda “fair-pley”ə əməl etsəydilər, 9 xal qazana bilərdik. 

- “Araz-Naxçıvan" ardıcıl üç oyunda məğlub olmuşdu. Komandada psixoloji eniş var idi? 
- Biz oyun sarıdan daha yaxşı olduğumuz qarşılaşmaları uduzduq. Uduzduğumuz oyunlarda rəqibdən pis olmamışdıq. Amma bu, futbolun bir parçasıdır. Təcrübəli oyunçularımız var və bilirdik ki, bu məğlubiyyətlər bitəcək. İndi də məqsədimizə çatmaq üçün qələbə axtarmağa davam edirik.

- Sonuncu dəfə 15-ci turda qol vurmuşdun. Son maçlarda qol vurmamağını nə ilə əlaqələndirirsən? Ola bilər ki, rəqib müdafiəçilər artıq sənə xüsusi yanaşırlar?
- 5 oyundur ki, qol vurmuram və bu, dəhşətlidir. Özüm özümə çox böyük təzyiq edirəm. Mən bombardir olmağa davam etmək istəyirəm, amma bu çətin olacaq. Rəqiblərim artıq məni yaxşı tanıyır. Ona görə də qol vurmağa davam etmək üçün onlardan üstün olmalı və fərqli bir şey etməliyəm.

- “Araz-Naxçıvan" növbəti turda "Sumqayıt"la qarşılaşacaq. Həmin görüşdə komndanın qələbə qazanmaq şansını necə dəyərləndirirsən?
- Rəqibdən asılı olmayaraq hər oyunda qalib gəlmək istəyirik. Bu, çox çətin olacaq. Onların yaxşı komandası var. Bu mənada, 3 xalı əldə etmək üçün diqqətimizi cəmləyəcəyik.

- Mövsümün ilk yarısını "Araz-Naxçıvan" ikinci pillədə başa vurdu. Səncə, mövsümün ikinci yarısı sizin üçün daha çətin olacaq? Yoxsa, inanırsan ki, mövsümün sonuna qədər ikinci pillədə qalacaq və avrokuboklara vəsiqə qazanacaqsınız?
- Məqsədimiz turnir cədvəlində ilk 2 komandadan biri olmaqdır. Çətin olacaq, amma rəqibimizin xal itirdiyi və qol vurmağımız lazım olan oyunlardan yararlanmalıyıq. Ümid edirəm ki, bir neçə aydan sonra biz avrokuboklara vəsiqəni qazana bilərik. Görək, necə olacaq. Əsas odur ki, biz sona qədər mübarizə aparacağıq.

“Sabah” “Qarabağ”ı, “Neftçi” “Kəpəz”i məğlub etdi “İmişli” iki futbolçusu ilə vidalaşıb Ruslan Qurbanov: "Mənim üçün pul o qədər önəmli deyil, pulum var" “Adana Dəmirspor”un baş məşqçisi istefaya göndərilib Mikels qərarını verdi: Azərbaycan klubundan imtina etdi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:152
embedMənbə:https://apasport.az
archiveBu xəbər 28 Yanvar 2025 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see483

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see433

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see337

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see284

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see275

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see271

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see267

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see259

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see259

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see241

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see226

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see221

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see216

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see215

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see214

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see208

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see206

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see205

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see191

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri