Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Təzə aldığım xeyli kitabin içində Aqşin Yeniseyin "Tarix və tale” romanı üz qabığında dərc olunmuş "Heç kim həmişəlik ölə bilməyəcək” cümləsiylə diqqətimi çəkdi.
Dərhal da yaddaşımda İnqmar Berqmanın "Pıçıltılar və çığırtılar” filminin qəhrəmanı Aqnesin "Ölmüşəm, amma yata bilmirəm” mürgülü sözlərini oyatdı.
Niyəsini bilmədim. Adətən kitabı ya bir neçə günə oxuyub bitirərəm, ya da üç-beş səhifədən o yana çəkməzsə, eləcə yarımçıq qalar.
İllərdir yazıb bitirə bilmədiyim bir qovluq yarımçıq yazım olduğu kimi bir yığın oxuyub başa çıxmadığım kitab da var.
Aqşinin kitabı heç birindən deyil. 400 səhifəlik bu iri kitabı oxuyub qurtarmağım iki ayacan çəkdi.
"Tarix və tale” hər səhifəsində maraqlı hadisə gözlədiyin, cümlələrin dalınca qaçdığın birnəfəsə oxunan bədii əsər deyil.
Sonu məhz bu cür oxunaqlı bədii əsər sonluğuyla bitsə də. "Tarix və tale” fikrin dərin qatlarındakılarını tutmaq üçün bəzən cümləsini təkrar