Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

Fəlsəfi dildə sevgi romanı

Fəlsəfi dildə sevgi romanı

Qaynarinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Təzə aldığım xeyli kitabin içində Aqşin Yeniseyin "Tarix və tale” romanı üz qabığında dərc olunmuş "Heç kim həmişəlik ölə bilməyəcək” cümləsiylə diqqətimi çəkdi. Dərhal da yaddaşımda İnqmar Berqmanın "Pıçıltılar və çığırtılar” filminin qəhrəmanı Aqnesin  "Ölmüşəm, amma yata bilmirəm” mürgülü sözlərini oyatdı. Niyəsini bilmədim.

Adətən kitabı ya bir neçə günə oxuyub bitirərəm, ya da üç-beş səhifədən o yana çəkməzsə, eləcə yarımçıq qalar. İllərdir yazıb bitirə bilmədiyim bir qovluq yarımçıq yazım olduğu kimi bir yığın oxuyub başa çıxmadığım kitab da var.

Aqşinin kitabı heç birindən deyil. 400 səhifəlik bu iri kitabı oxuyub qurtarmağım iki ayacan çəkdi.

"Tarix və tale” hər səhifəsində maraqlı hadisə gözlədiyin, cümlələrin dalınca qaçdığın birnəfəsə oxunan bədii əsər deyil. Sonu məhz bu cür oxunaqlı bədii əsər sonluğuyla bitsə də.

"Tarix və tale” fikrin dərin qatlarındakılarını tutmaq üçün bəzən cümləsini təkrar oxuduğun, bəzən abzasa, lap səhifəyə başdan bir də qayıtdığın, az qala hər sətrində karandaşla qeydlər etdiyin, səni fikir burulğanına salan, deyərdim, fəlsəfi traktatdır. Keçib gedə bilmirsən, oxumağa ara verib düşünürsən.

Son dəfə bu cür oxuduğum Rəhman Bədəlovun "Легко ли быть азербайджанцем? Диалоги с самим собой” ("Azərbaycanlı olmaq asanmı? Öz-özümlə dialoqlar”) kitabı idi.

Aqşinin belə bir roman yazdığını bilmirdim, 5 il qabaq nəşr olunduğunu kitabı alanda gördüm, ilk ağlıma gələn də bu fikir oldu: "Necə olub ki, bu neçə ildə adına heç yanda rast gəlməmişəm?”

Oxuyanda səbəbini bildim.

Bəlkə yanılıram, fikrimcə, romanın belə gözdən-qulaqdan uzaq qalma səbəbi – hər halda mənim üçün – onun fəlsəfi fikirlərlə zəngin uzun, ağır cümlələrlə yazılmasıdır. Hazırlıqsız oxucu, nə qədər kitabsevər olsa belə, onu oxumaqda çətinlik çəkəcək. Adamların kitabdan uzaq düşdüyü müasir çağda hər oxucunun allah və din, cənnət və cəhənnəm, tale və günah, ailə və cəmiyyət kimi bəşəri mövzuların fəlsəfi qatlarına enməyə hövsələsi yetmir.

Amma hazırlıqlı mütailəsevər bu ağır cümlələrin altındakı dərin fikirləri dilinin ucundaymış kimi zövq alaraq oxuyacaq, özünü xalqının tarixiylə taleyi arasındakı zaman və məkanlarda görəcək, güzgüdə görürmüş kimi. Hələ antik filosoflar sayaq monoloqları, Dostayevskinin qəhrəmanlarının söhbətləri ilə yanbayan durası dialoqları demirəm.

Roman haqda uzun danışmayacam, müəllifi haqda bircə kəlmə demək istəyirəm: Aqşin Yeniseyi dövrümüzün ciddi fikir adamlarından sayıram. Uzun illər öncəsi gözəl şeirlər müəllifi kimi tanıdığım o vaxtın gənc şairini indi hər olaya öz fəlsəfi baxışı olan düşüncə adamı kimi görürəm. Ola bilər, Bakıda çoxları, ən çox da tay-tuşları fikrimi bölüşməsin – Matfeyin "İncil”ində deyildiyi kimi: "Öz vətənində peyğəmbər olmur” – mən onu uzaq İsveçdə belə görür, belə qəbul edirəm. Elə olmasaydı mədəniyyət, incəsənət, ədəbiyyat yazılarından bağladığım "İtmiş yaddaşın şifrəsi” kitabıma ön söz yazmağı məhz ondan xahiş etməzdim.

Nəhayət, bu sabah "Tarix və tale”ni oxuyub bitirdim. Niyə "Heç kim həmişəlik ölə bilməyəcək” cümləsinin mənə Berqmanın qəhrəmanı Aqnesin "Ölmüşəm, amma yata bilmirəm” sözlərini xatırlatdığının səbəbini də bildim.

Film bəşəri sirrin – həyatın mənasını Yuxu ilə Ölüm arasında çaba verən qəhrəmanın simasında anlamağa cəhddirsə, roman həm də bütöv bir xalqın Tarix–Tale savaşında dəfələrlə ölüb-dirilmə eposudur. Hər ikisi – roman da, film də həyatın ağır üzünü göstərir, məhz buna görə film ağır baxıldığı kimi roman da ağır oxunur.

Və sonda bir söz də deyim: "Tarix və tale” romanına Azərbaycan xalqının laborator analiz cavabı da demək olar, tibbi arayış da, riyazi dilə çevirsək tərifi də, düsturu da, formulu da.

Özəlliyi isə ondadır ki, "ağır oxunan” fəlsəfi əsər oxucunu bir xeyli təsirində saxlayan bədii əsər kimi bitir, əsl sevgi romanlarında olduğu kimi.  

Vahid Qazi

Helsinqborq, İsveç


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:147
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Yanvar 2025 01:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see594

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see569

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see566

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see481

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see442

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see377

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see377

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see368

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see336

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see326

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see324

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see321

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see314

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see310

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see309

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see300

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see300

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see299

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see289

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see283
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri