“Fənərbağça” hücumçusunu 34 milyon avroya satmaqdan imtina etdi

22.11.2024

Icma.az bildirir, Sfera.az portalına istinadən.

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Yussuf En-Nesiri üçün 34 milyon avroluq transfer təklifini qəbul etməyib.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli hücumçunu heyətinə qatmaq istəyən Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna mənfi cavab verib.

Qarşı tərəf 27 yaşlı forvard üçün "Fənərbağça"ya 2 dəfə rəsmi müraciət ünvanlayıb. İlk dəfə 30, ikinci isə 34 milyon avro təklif olunsa da, Superliqa klubu futbolçunu satmaqdan imtina edib.

Qeyd edək ki, "Fənərbağça" Yussuf En-Nesirini ötə yay İspaniyanın "Sevilya" klubundan 19,5 milyon avroya transfer edib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью