“Fənərbağça” hücumçusunu 34 milyon avroya satmaqdan imtina etdi
Icma.az bildirir, Sfera.az portalına istinadən.
Türkiyənin "Fənərbağça" klubu futbolçusu Yussuf En-Nesiri üçün 34 milyon avroluq transfer təklifini qəbul etməyib.
Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisi mərakeşli hücumçunu heyətinə qatmaq istəyən Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubuna mənfi cavab verib.
Qarşı tərəf 27 yaşlı forvard üçün "Fənərbağça"ya 2 dəfə rəsmi müraciət ünvanlayıb. İlk dəfə 30, ikinci isə 34 milyon avro təklif olunsa da, Superliqa klubu futbolçunu satmaqdan imtina edib.
Qeyd edək ki, "Fənərbağça" Yussuf En-Nesirini ötə yay İspaniyanın "Sevilya" klubundan 19,5 milyon avroya transfer edib.

“Fənərbağça” hücumçusunu 34 milyon avroya satmaqdan imtina edib
22 Noyabr 2024 15:09
“Fənərbağça” hücumçusunu 34 milyon avroya satmaqdan imtina edib AZƏRTAC
22 Noyabr 2024 14:06
“Fənərbağça” hücumçusunu satışa çıxaırb 40 milyon avroya
27 Dekabr 2024 11:05
“Fənərbağça” hücumçusunu saxlamaq istəyir
27 Fevral 2025 17:25
“Fənərbağça Türkiyədə yarışdan imtina etdi
06 Dekabr 2024 22:46

