Fənərbağça İtaliya millisinin qolkiperini transfer etmək istəyir

14.05.2025

Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Dominik Livakoviç mövsümün sonunda "Fənərbağça"dan ayrıla bilər.

Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, Superliqa klubu performansından məmnun qalmadığı xorvatiyalının yerinə başqa qapıçı transfer etməyi planlaşdırır.

"Fənərbağça"nın əsas hədəfi "Napoli"də çıxış edən Aleks Meretdir. İtalyan qolkiperin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. O, "Napoli"nin yeni sözləşmə təklifini qəbul etməyib.

Bu vəziyyətdən yararlanmağa çalışan "Fənərbağça" 28 yaşlı "əlcək sahibi" ilə danışıqlara başlayacaq.

Qeyd edək ki, Aleks Meret 2018-ci ilin yayından "Napoli"də çıxış edir. İtaliya millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin heyətində 33 rəsmi matçda meydanda olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью