Fənərbağça İtaliya millisinin qolkiperini transfer etmək istəyir
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Dominik Livakoviç mövsümün sonunda "Fənərbağça"dan ayrıla bilər.
Oxu.Az "Fanatik" nəşrinə istinadən xəbər verir ki, Superliqa klubu performansından məmnun qalmadığı xorvatiyalının yerinə başqa qapıçı transfer etməyi planlaşdırır.
"Fənərbağça"nın əsas hədəfi "Napoli"də çıxış edən Aleks Meretdir. İtalyan qolkiperin klubu ilə müqaviləsi mövsümün sonunda başa çatır. O, "Napoli"nin yeni sözləşmə təklifini qəbul etməyib.
Bu vəziyyətdən yararlanmağa çalışan "Fənərbağça" 28 yaşlı "əlcək sahibi" ilə danışıqlara başlayacaq.
Qeyd edək ki, Aleks Meret 2018-ci ilin yayından "Napoli"də çıxış edir. İtaliya millisinin üzvü bu mövsüm Neapol təmsilçisinin heyətində 33 rəsmi matçda meydanda olub.
Bu mövzuda digər xəbərlər:Arsenal İtaliya millisinin hücumçusunu transfer etmək istəyir
05 Yanvar 2025 22:32
Beşiktaş İtaliya millisinin üzvünü transfer etmək istəyir
02 May 2026 15:56
Fənərbağça nın ulduzunu İtaliya nəhəngləri istəyir
22 Mart 2025 14:16
İtaliya klubu “Fənərbağça”lı futbolçunu istəyir İdmanXəbər
21 Yanvar 2025 12:55
İtaliya klubu Tottenhem in qolkiperini istəyir
23 Fevral 2026 15:47
Baxış sayı:212
Bu xəbər 14 May 2025 18:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















