“Fənərbağça” Lukakunun transferi üçün “Napoli” ilə razılığa gəlib

11.08.2026

Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 11 avqust, AZƏRTAC

Türkiyənin “Fənərbağça” klubu belçikalı futbolçu Romelu Lukakunun transferi barədə İtaliyanın “Napoli” komandası ilə razılığa gəlib.

AZƏRTAC xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Marzio məlumat yayıb.

Onun sözlərinə görə, tərəflər 6 milyon avro təzminat və əlavə bonuslar qarşılığında anlaşıblar. 33 yaşlı hücumçunun İstanbul təmsilçisinə keçidi ilə bağlı danışıqların son mərhələdə olduğu bildirilib.

Qeyd edək ki, Belçika millisinin də üzvü olan Romelu Lukaku 2024-cü ildən “Napoli”nin formasını geyinir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью