“Fənərbağça” Lukakunun transferi üçün “Napoli” ilə razılığa gəlib
Icma.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı, 11 avqust, AZƏRTAC
Türkiyənin “Fənərbağça” klubu belçikalı futbolçu Romelu Lukakunun transferi barədə İtaliyanın “Napoli” komandası ilə razılığa gəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə italiyalı jurnalist Canluka Di Marzio məlumat yayıb.
Onun sözlərinə görə, tərəflər 6 milyon avro təzminat və əlavə bonuslar qarşılığında anlaşıblar. 33 yaşlı hücumçunun İstanbul təmsilçisinə keçidi ilə bağlı danışıqların son mərhələdə olduğu bildirilib.
Qeyd edək ki, Belçika millisinin də üzvü olan Romelu Lukaku 2024-cü ildən “Napoli”nin formasını geyinir.
Bu mövzuda digər xəbərlər:“Fənərbağça” Lukakunun transferini bitirdi
11 Avqust 2026 13:02
“Napoli” Lukakunun transfer qiymətini müəyyənləşdirdi
31 İyul 2026 18:01
Napoli Lukakunun yerinə onu nəzərdən keçirir
20 Avqust 2025 21:56
Lukakunun “Napoli” heyətinə qayıtması sual altındadır
01 Yanvar 2026 00:32
“Fənərbağça” Lukakunun nümayəndələri ilə birbaşa danışıqlar aparır
08 Avqust 2026 17:01
Baxış sayı:148
Bu xəbər 11 Avqust 2026 12:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















