Fənərbağça nın ulduzu iddiaları təkzib etdi

04.09.2026

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Fənərbağça"nın ispaniyalı futbolçusu Marko Asensio zədəsi barədə danışıb və əməliyyat olunacağı ilə bağlı yayılan iddialara cavab verib.
Demokrat.az
xəbər verir ki, "Fənərbağça"nın futbolçusu Marko Asensio əməliyyat olunmasının lazım olduğu barədə yayılan xəbərləri təkzib edib.
İspaniyalı futbolçunun açıqlamalarının yer aldığı video klubun sosial media hesabında paylaşılıb.
Asensionun sözləri belədir: "Salam, bütün "Fənərbağça" azarkeşləri. Əməliyyat olunmağımın lazım olduğu barədə son xəbərləri təkzib etmək üçün buradayam. Bildiyiniz kimi, normalda bu cür saxta xəbərlərə cavab vermirəm. Ancaq söhbət səhhətimdən və bütün "Fənərbağça" azarkeşlərinin həyəcanından gedirsə, bu barədə açıqlama verməli olduğumu düşünürəm. Bu səbəbdən yayılan xəbərləri qəti şəkildə təkzib edirəm. Tədricən meydanda məşqlərə başlamışam. Çox yaxında komanda ilə birlikdə olacağam. Uzun müddətdir buradayam. Komandanın sabitliyini pozmaq istəyənlərin olduğunu başa düşə bilirəm. Qarşıda bizim üçün çox vacib derbiyə iki gün qalmış hər şey qaydasındadır. Çox yaxında komandaya qayıdacağımı bildirmək istəyirəm".
Asensio mövsümə çox yaxşı başladıqlarını qeyd edib: "Mövsümə çox yaxşı başladıq. "Fənərbağça" 18 ildən sonra yenidən Çempionlar Liqasındadır. Çox müsbət dinamika yaxalamışıq. Buna görə hamımız şənbə günü "Beşiktaş"la keçiriləcək oyuna köklənməliyik".
Futbolçu azarkeşlərə də müraciət edib: "Ümid edirəm ki, stadion həmişəki kimi ağzına qədər dolu olar, komandamızı sonadək dəstəkləyərsiniz və bu oyunu qazanarıq. Sonadək. Həmişə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm".
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью