Fənərbağça nın ulduzu iddiaları təkzib etdi
Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Fənərbağça"nın ispaniyalı futbolçusu Marko Asensio zədəsi barədə danışıb və əməliyyat olunacağı ilə bağlı yayılan iddialara cavab verib.
Demokrat.az xəbər verir ki, "Fənərbağça"nın futbolçusu Marko Asensio əməliyyat olunmasının lazım olduğu barədə yayılan xəbərləri təkzib edib.
İspaniyalı futbolçunun açıqlamalarının yer aldığı video klubun sosial media hesabında paylaşılıb.
Asensionun sözləri belədir: "Salam, bütün "Fənərbağça" azarkeşləri. Əməliyyat olunmağımın lazım olduğu barədə son xəbərləri təkzib etmək üçün buradayam. Bildiyiniz kimi, normalda bu cür saxta xəbərlərə cavab vermirəm. Ancaq söhbət səhhətimdən və bütün "Fənərbağça" azarkeşlərinin həyəcanından gedirsə, bu barədə açıqlama verməli olduğumu düşünürəm. Bu səbəbdən yayılan xəbərləri qəti şəkildə təkzib edirəm. Tədricən meydanda məşqlərə başlamışam. Çox yaxında komanda ilə birlikdə olacağam. Uzun müddətdir buradayam. Komandanın sabitliyini pozmaq istəyənlərin olduğunu başa düşə bilirəm. Qarşıda bizim üçün çox vacib derbiyə iki gün qalmış hər şey qaydasındadır. Çox yaxında komandaya qayıdacağımı bildirmək istəyirəm".
Asensio mövsümə çox yaxşı başladıqlarını qeyd edib: "Mövsümə çox yaxşı başladıq. "Fənərbağça" 18 ildən sonra yenidən Çempionlar Liqasındadır. Çox müsbət dinamika yaxalamışıq. Buna görə hamımız şənbə günü "Beşiktaş"la keçiriləcək oyuna köklənməliyik".
Futbolçu azarkeşlərə də müraciət edib: "Ümid edirəm ki, stadion həmişəki kimi ağzına qədər dolu olar, komandamızı sonadək dəstəkləyərsiniz və bu oyunu qazanarıq. Sonadək. Həmişə göstərdiyiniz dəstəyə görə təşəkkür edirəm".
Jalə
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Fənərbağça təkzib edir
20 İyun 2025 23:40
Fənərbağça nın ulduzu GEDİR
13 Mart 2026 17:16
Fənərbağça nın ulduzu Beşiktaş a keçdi
08 Sentyabr 2025 12:22
“Fənərbağça” Rafael Leao ilə bağlı iddiaları yalanladı
25 İyul 2026 21:09
Fənərbağça nın ulduzu ağır zədə aldı FOTO
14 İyul 2025 11:25
Baxış sayı:82
Bu xəbər 04 Sentyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları