Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Avropa Liqasının 7-ci həftəsində "Fənərbaxça" sabah İngiltərənin "Aston Villa" komandasını qəbul edəcək .
Apasport.az xəbər verir ki, “Aston Villa” ilə oyun öncəsi "Fənərbaxça"nın heyətində itkilər var.
İstanbul təmsilçisinin sol cinah müdafiəçiləri Arçi Braun və Levent Mercan zədə səbəbindən qarşıdakı görüşdə meydana çıxa bilməyəcək.
Bir müddətdir sıradan çıxmış Edson Alvares isə zədəsini sağaldaraq komandaya qayıdıb.
Mövsümün ortasında transfer edilən Antoni Musaba, Matteo Guendouzi və qapıçı Mert Günok da bu matçda “sarı-lacivərtlilər”ə kömək edə bilməyəcək.
Digər tərəfdən, Afrika Millətlər Kubokunda iştirak etdikdən sonra Yusuf En-Nesiri komandaya qoşulub və məşqlərə başlayıb.
Kolumbiyalı futbolçu Con Duran “Aston Villa”ya qarşı oyunda forma geyinə biləcək.