“Fənərbaxça”nın “Aston Villa” oyunu üçün heyəti: Qayıdanlar və itkilər
Apasport portalından alınan məlumata görə, Icma.az xəbər verir.
UEFA Avropa Liqasının 7-ci həftəsində "Fənərbaxça" sabah İngiltərənin "Aston Villa" komandasını qəbul edəcək .
Apasport.az xəbər verir ki, “Aston Villa” ilə oyun öncəsi "Fənərbaxça"nın heyətində itkilər var.
İstanbul təmsilçisinin sol cinah müdafiəçiləri Arçi Braun və Levent Mercan zədə səbəbindən qarşıdakı görüşdə meydana çıxa bilməyəcək. Bir müddətdir sıradan çıxmış Edson Alvares isə zədəsini sağaldaraq komandaya qayıdıb.
Mövsümün ortasında transfer edilən Antoni Musaba, Matteo Guendouzi və qapıçı Mert Günok da bu matçda “sarı-lacivərtlilər”ə kömək edə bilməyəcək.
Digər tərəfdən, Afrika Millətlər Kubokunda iştirak etdikdən sonra Yusuf En-Nesiri komandaya qoşulub və məşqlərə başlayıb.
Kolumbiyalı futbolçu Con Duran “Aston Villa”ya qarşı oyunda forma geyinə biləcək. “Ferençvaroş”la ev oyununda qırmızı vərəqə alaraq iki oyunluq cəza alan hücumçunun apelyasiya müraciəti təmin olunub və cəzası bir oyuna endirilib. Bu səbəbdən Norveçdə keçiriləcək “Brann”la səfər matçını buraxan Duran sabah “Aston Villa”ya qarşı keçiriləcək görüşdə meydanda ola biləcək.
“Arsenal” “İnter”i məğlub edərək klub rekordunu yeniləyib İtaliya millisinin üzvü “Arsenal”ın radarında PSJ-nin hücumçusu La Liqada çıxış edə bilər “Siti”nin müdafiəçisi “Fənərbaxça”nın hədəfində “Yunayted”in yeni baş məşqçi variantı: Niko Kovaç
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 21 Yanvar 2026 14:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















