Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev kiberdələduzluğa məruz qalıb.
Axar.az xəbər verir ki, professor bu barədə özü məlumat verib. “İlk dəfədir ki, kiberdələduzluğun qurbanı oldum.
İşin içində də Feysbuk, yəni Meta şirkəti var. Bu gün kəşf etdim ki, Bank Respublikadakı dollar kartımdan 15 və 17 fevralda hər biri 25 doll
Ödəmə detallarından da anladım ki, pulu Feysbuk reklama görə tutub.
Halbuki mən Feysbukda reklamı son dəfə bəlkə 3-4 il əvvəl vermişəm, son reklamdan da heç xəbərim yoxdur”, - Mehdiyev bildirib.
Professor bununla bağlı Feysbuka müraciət də etdiyini deyib: “Mənə cavab olaraq yazdılar ki, həmin pul tanıdığım bir şəxsin reklamı üçün xərclənib.
Lakin istədiyim halda nə mənə o reklamı göstərdilər, nə də ki, həmin şəxsin kimliyini açıqladılar. Bu onların gizlilik siyasətidir.
Yəni kimdirsə, mənim pulumla reklam qoyur, amma Feysbuk bunu bildiyi halda məndən gizlədir.