Icma.az
close
up
RU
Fərhad Mehdiyevə qarşı dələduzluq edildi

Fərhad Mehdiyevə qarşı dələduzluq edildi

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev kiberdələduzluğa məruz qalıb.

Axar.az xəbər verir ki, professor bu barədə özü məlumat verib.

“İlk dəfədir ki, kiberdələduzluğun qurbanı oldum. İşin içində də Feysbuk, yəni Meta şirkəti var. Bu gün kəşf etdim ki, Bank Respublikadakı dollar kartımdan 15 və 17 fevralda hər biri 25 dollar olmaqla 50 dollar tutulub, bizimkilər də buna əlavə olaraq 9 dollar vergi tutub. Ödəmə detallarından da anladım ki, pulu Feysbuk reklama görə tutub. Halbuki mən Feysbukda reklamı son dəfə bəlkə 3-4 il əvvəl vermişəm, son reklamdan da heç xəbərim yoxdur”, - Mehdiyev bildirib.

Professor bununla bağlı Feysbuka müraciət də etdiyini deyib:

“Mənə cavab olaraq yazdılar ki, həmin pul tanıdığım bir şəxsin reklamı üçün xərclənib. Lakin istədiyim halda nə mənə o reklamı göstərdilər, nə də ki, həmin şəxsin kimliyini açıqladılar. Bu onların gizlilik siyasətidir. Yəni kimdirsə, mənim pulumla reklam qoyur, amma Feysbuk bunu bildiyi halda məndən gizlədir. Bunun adı məncə əxlaqsızlıqdır, bunu edən də Feysbukdur, başqası deyil. Çünki mən heç vaxt başqasının səhifəsi üçün öz kart məlumatlarımı verən insan deyiləm.

Əgər həmin şəxs mənim bu statusumu oxuyursa, mənə özəldə yazaraq həmin pulu qaytarmasını xahiş edirəm, xəbər versin ki, kartı blokdan çıxarım. Məsələ bu şəkildə həllini tapmasa, nazirliyə müraciət edib Feysbuka qarşı tədbir görülməsini, bu qəbildən mübahisələrdə cavabdeh ola biləcək şəkildə təmsil olunması üçün ölkədə bir nümayəndəlik açmasını Metaya bildirməsini inzibati qaydada tələb etməli olacam. Hər halda nazirlik mənim tələbimə müsbət cavab verməyəcək, belə halda da, məcburən inzibati qaydada Metanın İP-lərinə blok qoyulması üçün iddia qaldıracam. Özüm də Feysbukdandan istifadə edirəm, amma bu qədər özbaşınalığı sinəyə çəkməyə hələ hazır deyiləm.

Bank Respublikadan da təbii ki, “chargeback” tələb edəcəm. Onlar da imtina eləsə, gərək onlarla da çəkişək.

Siz də ehtiyatlı olun. Əgər Feysbuk, ya da İnstaqramda nə vaxtsa, reklam qoymusunuzsa, bilin ki, Meta özbaşına və sizdən xəbərsiz bu pulu çəkməyə cəhd edə bilər. Leobank kimi kartlarda bu barədə sizə bildiriş gəlir, icazə istənilir, təəssüf ki Bank Respublikada belə dələduzluğa qarşı “3D security” sistemi işləmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://axar.az
archiveBu xəbər 18 Fevral 2025 17:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see292

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see280

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see250

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see225

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see223

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see220

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see214

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see210

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see210

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see200

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see190

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see187

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see186

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see186

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see184

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see183

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see180

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see180

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri