Icma.az, Apasport saytına istinadən bildirir. “Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl
Apasport.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda açılışı keçirilən “D-8 Gənclər Dialoqu”nda deyib.
Nazir bildirib ki, keçirilən müxtəlif beynəlxalq forumlar və qurulan əməkdaşlıqlar bu siyasətin inkişafına xidmət edir: “Ölkəmizin gənclər sahəsindəki strategiyası BMT-nin yanaşması və qlobal prioritetləri ilə tam uzlaşır.
Sumqayıt və Bakı şəhərlərində çoxsaylı gənclər mərkəzləri yaradılıb və fəaliyyət göstərir.
Yaxın zamanda müxtəlif istiqamətləri əhatə edən tədbirlərin təşkili nəzərdə tutulur.
Bu tədbirlər yalnız dövlət qurumları tərəfindən deyil, həm də müxtəlif idman təşkilatlarının iştirakı ilə həyata keçiriləcək.
Şuşada keçirilən gənclər forumu da ECO-nun dəstəyi ilə uğurla baş tutub.
Ümumilikdə ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu tendensiya gələn il də davam edəcək.