Fərid Qayıbov: “Gənclər siyasətimiz BMT nin prioritetləri ilə uzlaşır”
Icma.az, Apasport saytına istinadən bildirir.
“Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilir”.
Apasport.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Bakıda açılışı keçirilən “D-8 Gənclər Dialoqu”nda deyib.
Nazir bildirib ki, keçirilən müxtəlif beynəlxalq forumlar və qurulan əməkdaşlıqlar bu siyasətin inkişafına xidmət edir: “Ölkəmizin gənclər sahəsindəki strategiyası BMT-nin yanaşması və qlobal prioritetləri ilə tam uzlaşır. Sumqayıt və Bakı şəhərlərində çoxsaylı gənclər mərkəzləri yaradılıb və fəaliyyət göstərir. Yaxın zamanda müxtəlif istiqamətləri əhatə edən tədbirlərin təşkili nəzərdə tutulur. Bu tədbirlər yalnız dövlət qurumları tərəfindən deyil, həm də müxtəlif idman təşkilatlarının iştirakı ilə həyata keçiriləcək.
Şuşada keçirilən gənclər forumu da ECO-nun dəstəyi ilə uğurla baş tutub. Ümumilikdə ölkəmiz müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir və bu tendensiya gələn il də davam edəcək. BMT-nin təşəbbüsü ilə növbəti il ölkəmizdə keçiriləcək forumun mövzusu şəhər inkişafı olacaq və burada gənclər ön planda dayanacaqlar”.
Fərid Qayıbov bildirib ki, gənclər bu proseslərdə mühüm və fəal rol oynayacaqlar:
“Bu istiqamətdə əməkdaşlığa və göstərdiyi dəstəyə görə "D-8" təşkilatına təşəkkürümü bildirirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 06 Dekabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















