Fəridə Səfiyeva: İstəyirəm ki, bütün dünya İrəvan haqqında həqiqətləri bilsin AZƏRTAC | Ic…
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakı, 25 dekabr, Anara Axundova, AZƏRTAC Bu yaxınlarda “İrəvan: tarixi faktlar və şəxsiyyətlər” əsəri işıq üzü görüb.
Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə nəşr olunub.AZƏRTAC-ın müxbiri əsərin müəllifi, filologiya elmləri doktoru, professor, “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri Fəridə Səfiyeva ilə söhbət edib.
- Fəridə xanım, bu mövzuya nə məqsədlə müraciət etdiniz?- Ona görə ki, İrəvan mənim taleyimin şəhəri, anamın, əcdadlarımın vətənidir.
Uşaqlıqdan İrəvan haqqında, əcdadlarımın çəkdiyi ağrı-acılar haqqında çox eşitmişəm. Babam İrəvanda məsul vəzifədə çalışırdı.
Amma ermənilər elə şərait yaratdılar ki, ona böhtan atıldı və onu Sibirə sürgün etdilər.
Babam və ulu babalarımın dəfn olunduğu İrəvandakı əcdadlarımın bütün həyat hekayələri ağrı-acılarla doludur.
Müharibədən əvvəl onlar çox xoşbəxt yaşayırdılar. Onların yaşadıqları yerlər azərbaycanlıların idi.
Tam oxu
Xəbəri oxu