Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Saça yapışan saqqızdan qurtulmağın yolları

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Fəridə Səfiyeva: İstəyirəm ki, bütün dünya İrəvan haqqında həqiqətləri bilsin AZƏRTAC

Fəridə Səfiyeva: İstəyirəm ki, bütün dünya İrəvan haqqında həqiqətləri bilsin AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 25 dekabr, Anara Axundova, AZƏRTAC

Bu yaxınlarda “İrəvan: tarixi faktlar və şəxsiyyətlər” əsəri işıq üzü görüb. Kitab Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə nəşr olunub.

AZƏRTAC-ın müxbiri əsərin müəllifi, filologiya elmləri doktoru, professor, “Kainat” Milli-Mənəvi Dəyərlərin Təbliğinə Dəstək İctimai Birliyinin təsisçisi, Qərbi Azərbaycan İcması Qadınlar Şurasının üzvü, İrəvan Şəhər İcmasının sədri Fəridə Səfiyeva ilə söhbət edib.

- Fəridə xanım, bu mövzuya nə məqsədlə müraciət etdiniz?

- Ona görə ki, İrəvan mənim taleyimin şəhəri, anamın, əcdadlarımın vətənidir. Uşaqlıqdan İrəvan haqqında, əcdadlarımın çəkdiyi ağrı-acılar haqqında çox eşitmişəm. Babam İrəvanda məsul vəzifədə çalışırdı. Amma ermənilər elə şərait yaratdılar ki, ona böhtan atıldı və onu Sibirə sürgün etdilər. Babam və ulu babalarımın dəfn olunduğu İrəvandakı əcdadlarımın bütün həyat hekayələri ağrı-acılarla doludur. Müharibədən əvvəl onlar çox xoşbəxt yaşayırdılar. Onların yaşadıqları yerlər azərbaycanlıların idi. Küçələrin adları Azərbaycan dilində yazılmışdı. Anam və dayılarım Azərbaycan məktəbində oxuyublar. Bizim ailədə İrəvanla bağlı söhbətlər həmişə olub. Mən də uşaq vaxtı bu şəhərə qiyabi olaraq vurulmuşdum. Məni İrəvan icmasına sədr təyin edəndə düşündüm ki, bu, taleyimdir. Buna görə də kitab yazmaq imkanı yaranan kimi ilk fikrim o oldu ki, İrəvan haqqında, o hadisələr, o gözəl yerlər, tarix, bu şəhərdə yaşamış, yaratmış və xoşbəxt olmuş insanlar haqqında kitab yazmalıyam. Onlar öz şəhərlərini sonsuz dərəcədə sevirdilər!

- Kitab üzərində iş necə getdi?

- Mən arxiv materiallarını araşdırmağa başladım. Alimlərimiz tərəfindən İrəvan haqqında yazılmış çoxlu kitablar var, bu mövzuda xeyli araşdırmalar aparılıb. Mən belə düşündüm: elə bir kitab yazmaq lazımdır ki, yalnız azərbaycanlıların diqqətini cəlb etməsin. Qısa, maraqlı və təkcə Azərbaycan dilində deyil, həm də ingilis dilində nəşr olunsun. İstəyirdim ki, bizim həqiqətimizi, ağrımızı başqa ölkələrdəki insanlar da hiss etsinlər.

- Oxucuya ilk növbədə hansı əsas fikri çatdırmaq istəyirdiniz?

- İrəvanın ən qədim Azərbaycan şəhəri olması fikrini. Onda gözəl olan hər şey: tikililər, məscidlər, özlüyündə azərbaycanlılara məxsusluğundan danışan memarlıq binaları – onlar hamısı dağıdılıb... Mən bütün dünyaya göstərmək istəyirdim ki, vandalizmə məruz qalan belə bir gözəl şəhər olub və azərbaycanlıların izlərini itirmək üçün bu şəhərdə hər şey məhv edilib. Nəhayət, dünya bizim dərdimizdən, əzablarımızdan xəbər tutsun. İstəyirəm ki, dünyada insanlar İrəvan haqqında həqiqətləri bilsinlər.

- Kitabın dörd təqdimatı Azərbaycanda keçirilib, əsərin xaricdə təqdimatı planlaşdırılırmı?

- Bəli, dörd təqdimat keçirilib. Mənə çox dəstək oldular və kitabı qiymətləndirdilər. Təqdimatlarda iştirak edən və çıxış edən hər kəsə çox minnətdaram. Əlbəttə ki, kitab ingilis dilində yazılıbsa və həqiqətlərimizi dünyada tanıtmaq üçün nəzərdə tutulubsa, yeni ildə kitabın xaricdə yayılmasını planlaşdırıram. Ümid edirəm ki, Azərbaycanın müxtəlif ölkələrdəki səfirlikləri də bu fikrə qoşulacaq və biz ingilisdilli oxuculara öz həqiqətlərimizi çatdıracağıq.

- Siz “Kainat” İctimai Birliyinin təsisçisi, İrəvan Şəhər İcmasının sədrisiniz. Bu təşkilatlar və onların fəaliyyəti haqqında bir qədər danışardınız.

- “Kainat” İctimai Birliyini ona görə yaratdım ki, Azərbaycanın nailiyyətlərini, onun tarixini və mədəniyyətini təbliğ etmək üçün çox iş görmək istəyirdim. Sonra İrəvan Şəhər İcmasının sədri təyin olundum. Bütün güc və biliyimi bu xeyirxah işə yönəltməyə çalışıram. Mən alim və eyni zamanda ictimai xadiməm. Bütün imkanlarımla Azərbaycan naminə xidmət edəcəyəm.

- Bu istiqamətdə işi davam etdirmək - İrəvan mövzusunu işıqlandırmaq barədə planlarınız varmı?

- Əlbəttə! Bu, İrəvan haqqında hələ ilk kitabdır. Bu qədim Azərbaycan şəhəri haqqında çox yazmaq olar. Çox böyük araşdırmalara ehtiyac var, çoxlu arxiv materiallarını tədqiq etmək lazımdır. Biz Qərbi azərbaycanlıların problemindən danışırıq, lakin təəssüf ki, bizi eşitmək istəmirlər... Amma biz haqlı olduğumuzu elə səviyyədə sübut etməliyik ki, bizi eşitməmək mümkün olmasın. İndi bütün Azərbaycan xalqı Qərbi Azərbaycan İcmasına böyük dəstək verən Prezidentimizin ətrafında birləşib. Biz inanırıq ki, Qərbi Azərbaycana mütləq qayıdacağıq. Mən də doğma İrəvana qayıdacağam. Biz doğulduğumuz, kökümüzün olduğu, əcdadlarımızın dəfn olunduğu yerdə dinc yaşamaq istəyirik. Bu bizim haqqımızdır. Biz mütləq öz şəhərlərimizə qayıdacağıq. İnanıram ki, dünya səsimizi eşidəcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2024 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see285

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see277

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see213

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see205

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see175

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see163

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see158

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see155

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri