Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Qış mövsümünün son ayı olan fevralda orqanizmin immun sistemini gücləndirmək və vitamin çatışmazlığının qarşısını almaq üçün doğru qidalanma olduqca vacibdir.
Yeniavaz.com xəbər verir ki, soyuq havalarda bədənimizin daha çox vitamin və minerala ehtiyacı olur.
Bu dövrdə təbii vitamin mənbəyi olan mövsümi meyvələri istehlak etmək sağlamlığımız üçün faydalıdır.
Fevral ayında mövsümi meyvələr yemək həm immun sisteminizi gücləndirir, həm də qışın təsirindən bədəninizin qorunmasına kömək edir.
Nar, portağal, kivi, alma, armud və heyva kimi vitamin və minerallarla zəngin meyvələri gündəlik rasionunuza daxil edərək sağlamlığınızı qoruya bilərsiniz.
- Nar Fevral ayında istehlak edilə bilən ən faydalı meyvələrdən biri nardır.
Nar tərkibindəki antioksidantlar, C və K vitaminləri sayəsində immun sistemini gücləndirir və soyuqdəymə riskini azaldır.