Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Fevral ayı, xüsusilə Avropaya səyahət üçün ilin ən populyar dövrü hesab edilmir.
Bunun əsas səbəbləri kimi, çoxlarının Milad xərclərindən sonra büdcələrini bərpa edə bilməməsi və qışın sonunda qitənin əksər hissəsində hava şəraitinin xoş olmaması göstərilir.
Buna baxmayaraq, fevral ayındakı səyahətlərin bir sıra üstünlükləri də var.
Bu dövr mövsümlərarası hesab olunduğundan, otellərdə qiymətlər və turist vergiləri bir çox məşhur istiqamətlərdə daha aşağı olur.
Həmçinin küçələrdəki sıxlıq və görməli yerlərə giriş növbələri xeyli azalır.
Qaynarinfo xəbər verir ki, "Europe’s Best Destinations" adlı nüfuzlu turizm portalı 2025-ci ilin fevral ayında səfər üçün tövsiyə olunan Avropanın 10 şəhərinin siyahısını tərtib edib.
Reytinqin ilk yerini Sloveniyanın paytaxtı Lyublyana tutub. Mütəxəssislərin fikrincə, bu şəhər fevral ayında təcrid olunmuş şəhər istirahəti