Icma.az
close
up
RU
Fevral ayında səfər üçün Avropanın ən yaxşı 10 şəhəri (SİYAHI)

Fevral ayında səfər üçün Avropanın ən yaxşı 10 şəhəri (SİYAHI)

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Fevral ayı, xüsusilə Avropaya səyahət üçün ilin ən populyar dövrü hesab edilmir. Bunun əsas səbəbləri kimi, çoxlarının Milad xərclərindən sonra büdcələrini bərpa edə bilməməsi və qışın sonunda qitənin əksər hissəsində hava şəraitinin xoş olmaması göstərilir.

Buna baxmayaraq, fevral ayındakı səyahətlərin bir sıra üstünlükləri də var. Bu dövr mövsümlərarası hesab olunduğundan, otellərdə qiymətlər və turist vergiləri bir çox məşhur istiqamətlərdə daha aşağı olur. Həmçinin küçələrdəki sıxlıq və görməli yerlərə giriş növbələri xeyli azalır.

Qaynarinfo xəbər verir ki, "Europe’s Best Destinations" adlı nüfuzlu turizm portalı 2025-ci ilin fevral ayında səfər üçün tövsiyə olunan Avropanın 10 şəhərinin siyahısını tərtib edib.

Reytinqin ilk yerini Sloveniyanın paytaxtı Lyublyana tutub. Mütəxəssislərin fikrincə, bu şəhər fevral ayında təcrid olunmuş şəhər istirahəti üçün mükəmməl seçimdir.

"Lyublyananın tarixi mərkəzi həqiqətən romantikdir. Buraya gəlib gəzin, mağazalara baş çəkin, isti şokolad için və ya özünüzü sağlamlıq mərkəzində, gözəllik institutunda, yaxud sağlamlıq otelində əzizləyin", deyə reytinq müəllifləri qeyd ediblər.

Səyahəti daha da unudulmaz etmək üçün turistlərə Lyublyanadan Sloveniyanın məşhur Bled gölünə tur sifariş etmələri tövsiyə olunur. Bu gölün kiçik adasında yerləşən möhtəşəm qala diqqət mərkəzindədir.

Reytinqdə ikinci yeri İtaliyanın Burano şəhəri tutub. Bu şəhər daha az insan sıxlığı olan alternativ Venesiya kimi tanınır. Üçüncü sırada isə Rumıniyanın Sibiu şəhəri yer alıb. Sibiu, ölkənin ən gözəl şəhəri kimi tez-tez dəyərləndirilir.

Fevral ayında ziyarət üçün tövsiyə edilən Avropanın 10 ən yaxşı şəhəri:

1. Lyublyana, Sloveniya

2. Burano, İtaliya

3. Sibiu, Rumıniya

4. Porto, Portuqaliya

5. Maribor, Sloveniya

6. Dyurbyuy, Belçika

7. Paris, Fransa

8. Florensiya, İtaliya

9. Sintra, Portuqaliya

10. Zaltsburq, Avstriya

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 07 Yanvar 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri